Məşhur aktrisadan yenidən makiyajla yeni  FOTOSESSİYA
30 yanvar 2025 19:59 (UTC +04:00)

Məşhur aktrisadan yenidən makiyajla yeni FOTOSESSİYA

57 yaşlı amerikalı aktrisa və model Pamela Anderson “Elle USA” jurnalının yeni buraxılışının əsas ulduzu olub. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, o, jurnalın üz qabığı üçün “McQueen”dən bir paltoda çəkilib, görünüşü “Christian Louboutin”dən dabanlı ayaqqabı ilə tamamlanıb.

Yurnalın səhifələrində aktrisa qəşəng görüntülərə çəkilib. Pamela “Saint Laurent”dən şalvar kostyumu, “Prada”dan don, “Valentino”dan blazer və şalvar və s. geyinib. Onun hər görünüşü Pandoradan olan zinət əşyaları - üzüklər, bilərziklər, sırğalar ilə tamamlanıb.

Andersonun saçları zərif dəbdəbəli olub və makiyajı gözlərinə fokuslanıb. Maraqlıdır ki, Pamela son bir neçə ildir ki, üzünə dekorativ kosmetika tətbiq etmədən ictimaiyyət qarşısına çıxır - o, uzun illər birlikdə çalışdığı vizajist Aleksis Foqelin ölümündən sonra bundan imtina edib. Qadın 2019-cu ilin aprelində döş xərçəngindən dünyasını dəyişib. Anderson həmçinin etiraf edib ki, onun üçün bu, özünü qəbul etmək və sosial standartlardan azad olmaq üçün bir addım idi.

Aktrisa hazırda yeni filmi "Sonuncu rəqqasə"nin reklamı ilə məşğuldur.

Xatırladaq ki, bundan əvvəl Pamela Anderson Parisdə Chanel şousunda iştirak edib. Əynində qat-qat parçadan süd rəngli kostyum olub. Geyimə yüngül, geniş kofta və geniş palazzo şalvar əlavə edilib. Bluza uzunqollu olub və üstü çiçəkli aplikasiya ilə bəzədilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar