Neymar futbol tarixinin  ən bahalı qolunu   vurub
29 yanvar 2025 16:43 (UTC +04:00)

Neymar futbol tarixinin ən bahalı qolunu vurub

Xəbər verildiyi kimi, braziliyalı ulduz hücumçu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, 2023-cü ilin yayından PSJ-dən 90 milyon avroya keçdiyi bu klubda çıxış edib. Bu müddət ərzində braziliyalı Səudiyyə klubunun heyətində 7 oyunda iştirak edib, ümumilikdə meydanda 428 dəqiqə vaxt keçirib.

Maraqlıdır ki, “Əl-Hilal”da 150 milyon qazanan “Santos”, “Barselona” və PSJ-nin keçmiş hücumçusu Asiya Futbol Konfederasiyasının Çempionlar Liqasında İranın “Nassaji” komandası ilə oyunda (3:0) ərqlənməklə Səudiyyə Ərəbistanı klubunun heyətində cəmi bir qol vurub. Oyun 2023-cü il oktyabrın 3-də Tehranda baş tutub.

Demək olar ki, onun qolu futbol tarixinin ən bahalı qolu olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2108

Oxşar yazılar