Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün Parisdə diqqətləri üzərinə çəkib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünyanın ən nüfuzlu moda tədbirlərindən biri olan Paris Couture Moda Həftəsində iştirak edib.
Məşhur aktyor yanvarın 27-30-da keçirilən moda həftəsi çərçivəsində keçirilən “Georges Hobeika” moda şousunu izləyib.
İddialı geyimi ilə tədbirin ən çox diqqət çəkəni Tuba Büyüküstün olub. Aktrisanın tədbirdən çəkdirdiyi fotolar sosial şəbəkədə də böyük marağa səbəb olub. Pərəstişkarları "Həm zərif, həm də iddialı" şərhləri ilə Büyüküstünün üslubunu tərifləyiblər.