Qadınları fahişəlik üçün  satmağa aparanda   saxlanıldı
28 yanvar 2025 19:59 (UTC +04:00)

Qadınları fahişəlik üçün satmağa aparanda saxlanıldı

Cinsi köləliyə satmaq məqsədilə xaricə aparılması planlaşdırılan qadınları daşıyan mikroavtobus sərhəddə saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Sərhədi keçməyə cəhd edərkən qadınların olduğu avtobus saxlanılıb, axtarış zamanı təşkilatçının cinayət niyyətini təsdiqləyən mobil telefonlar və səs yazıları aşkar edilib.

Qurbanların cəlb edilməsi ilə məşğul olan 37 yaşlı qadın saxlanılıb. O, onlara saatına 100 avro pul vəd edərək, Çexiyanın gecə klublarında yüksək gəlirli iş təklif edib. Bununla belə, əsl məqsəd seks sənayesində məcburi əmək olub.

Cinayəti törədən şəxs şübhəli şəxs elan edilib və hazırda araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Lent.az

Oxşar yazılar