Rusiyanın Novosibirsk vilayətində qadın rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, saxlanılan Yuliya Vyalkova Daxili İşlər Nazirliyinin Baş İdarəsinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Vladimir Vyalkovun həyat yoldaşıdır.
Məlumata görə, ona qarşı əlbir olaraq rüşvət almaq maddəsi ilə cinayət işi açılıb.
Keçmiş rəisin işinə isə artıq Novosibirsk Mərkəzi Məhkəməsində baxılır. Vyalkov külli miqdarda və xüsusilə iri məbləğdə rüşvət almaqda ittiham olunur. Müstəntiqlərin sözlərinə görə, o, hüquq-mühafizə orqanlarında işləyərkən saxta spirtli içki istehsalçılarını qoruyub və onlardan 69 milyon rubldan çox rüşvət alıb.