“Rubin”in  özbəkistanlı futbolçusu   “Sabah”da
28 yanvar 2025 17:39 (UTC +04:00)

“Rubin”in özbəkistanlı futbolçusu “Sabah”da

Kazan “Rubin”inin yarımmüdafiəçisi Umarali Rəhmonəliyev 2025-ci ilin sonuna qədər icarə əsasında Azərbaycanın "Sabah" klubuna keçib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “Rubin”in mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

“Umarəli Rəhmonəliyev 2022-ci ilin dekabrında “Rubin”ə keçib və komandamızda 27 oyun keçirib. Uğurlar, Umar! – mə\lumatda bildirilib.

Rəhmonəliyevin 21 yaşı var, özbək futbolçu yarımmüdafiəçi kimi çıxış edir. Nüfuzlu “Transfermarkt” internet portalı Umaralinin bazar qiymətini 500 min avro qiymətləndirir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1592

Oxşar yazılar