“Eurovision - 2025” mahnı müsabiqəsinə 37 ölkə qatılacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Eurovision” mahnı müsabiqəsinin yarımfinal püşkatması bu gün Bazel şəhərində, Cennifer Boşard və Jan van Diyetuzen tərəfindən keçirilib. Mayın 13-də birinci yarımfinalda 15 ölkə, mayın 15-də isə ikinci yarımfinalda 16 ölkə yarışacaq.
Ümumilikdə 31 ölkə 5 qrupa ayrılaraq püşkatma ilə iki yarımfinaldən birinə qatılmağa hüquq qazanıb. Püşkatma həmçinin seçilən ölkələrin hansı yarımfinalın hansı hissəsində yarışacağını da müəyyən etdi.
Azərbaycan mayın 15-də Bazel şəhərində keçiriləcək birinci yarımfinalın ikinci hissəsində səhnəyə çıxacaq. G5 ölkələri və İsveçrənin hansı yarımfinalda səs verəcəyini müəyyən etmək üçün bir püşkatma daha keçirilib. İsveçrə, İtaliya və İspaniya ilk yarımfinalda mayın 13-d, Fransa, Almaniya və İngiltərə isə mayın 15-də ikinci yarımfinalda səs verəcək.
Birinci yarımfinal
Birinci hissə
Estoniya
İslandiya
Polşa
Portuqaliya
İsveç
Ukrayna
İkinci hissə
Albaniya
Azərbaycan
Belçika
Xorvatiya
Kipr
Niderland
Norveç
San Marino
İkinci yarımfinal
Birinci hissə
Ermənistan
Avstraliya
Avstriya
Yunanıstan
İrlandiya
Latviya
Litva
Monteneqro
İkinci hissə
Çexiya
Danimarka
Finlandiya
Gürcüstan
İsrail
Lüksemburq
Malta
Serbiya