Prokuror köməkçisi Mirdamət Əliyev, dövlət ittihamçıları Vaqif Əsədov və Azad Orucovun qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar Baş Prokurorluğun inzibati binasında görüş keçirilib.
Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, onlara Baş prokuror tərəfindən verilmiş Fəxri fərmanlar təqdim edilib.
Tədbirdə, həmçinin, 70 illik yubileyinin tamam olması ilə əlaqədar prokurorluğun veteranı Fərman Rzayevə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
- 80 min manatı oğurlanan Hökumənin atası təfərrüatları AÇIQLADI
- Azərbaycanda bu tarixdən havalar soyuyacaq - Nazir müavini AÇIQLADI
- Keşlə bazarı köçürülüb - Bazarın yeni yerindən razı olanlar da var, narazı olanlar da
Görüş zamanı təqaüdə çıxmış prokurorluq işçilərinin prokurorluq orqanlarında keçdikləri uzunmüddətli xidmət illərinə nəzər salınıb, prokurorluq orqanlarında səmərəli fəaliyyətləri qeyd edilib.
Veteranlar göstərilən diqqətə görə minnətdarlığını bildirərək tədbir iştirakçıları ilə xatirələrini bölüşüb.
Sonda xatirə fotosu çəkilib.