Atiye Ledi Qaqanı  məhkəməyə verdi
13 fevral 2025 12:28 (UTC +04:00)

Atiye Ledi Qaqanı məhkəməyə verdi

Məşhur türk müğənnisi Atiye, dünya ulduzu Ledi Qaqanın yeni mahnısının 2015-ci ildə işıq üzü görən “Abracadabra" əsərindən ilhamlandığını iddia edərək məhkəməyə müraciət etməyə hazırlaşır.

Lent.az-ın məlumatına görə, Atiye, Ledi Qaqanı onun "Abracadabra" mahnısından icazəsiz istifadə etməkdə ittiham edir. 

Müğənninin diqqətini yeni mahnının həm adı, həm də bəstəsindəki oxşarlıqlar cəlb edib. Atiyenin vəkilləri, əsərin icazəsiz istifadəsi ilə bağlı müəllif hüquqları pozuntusuna dair iddia qaldıracaqlarını açıqlayıblar. Bununla yanaşı, Hollandiya vətəndaşı olan Atiyenin hüquq komandası, Amerikadakı peşəkar birliklərə rəsmi xəbərdarlıq sənədləri göndərməyi planlaşdırır.

"İcazəsiz İstifadə Məni Təəccübləndirdi"

Atiye məsələyə dair açıqlamasında bunları bildirib:

"Bu mahnını illər əvvəl bəstələmişəm və üzərinə sözlər yazmışam. O dövrdə musiqi baxımından yenilikçi və mütərəqqi bir əsər idi. İllər sonra Ledi Qaqanın icazəsiz şəkildə bəstənin bəzi hissələrindən istifadə etməsi məni təəccübləndirdi. Bu məsələdə vəkillərim artıq peşəkar birliklərə rəsmi məktublar göndərib və biz ABŞ-da Ledi Qaqaya qarşı məhkəmə iddiası qaldırırıq."

Pərəstişkarlar Arasında "Abracadabra" Mübahisəsi

Ledi Qaqanın "Abracadabra" adlı mahnısı Atiyenin pərəstişkarlarının da diqqətindən yayınmayıb. Müğənninin izləyiciləri, iki mahnı arasındakı oxşarlıqlara sosial mediada sərt reaksiya göstərib və bu məsələ rəqəmsal dünyada geniş müzakirələrə səbəb olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar