Bakıda evdən qızıl  oğurlayan qadınlar  tutuldu
13 fevral 2025 15:13 (UTC +04:00)

Bakıda evdən qızıl oğurlayan qadınlar tutuldu

Bakının Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Xəzər və Binəqədi rayonları ərazisindəki mağazalardan tütün məmulatları oğurlamaqda şübhəli bilinən iki yeniyetmə və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 35 yaşlı Z.Rzayev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2237

Oxşar yazılar