“Eurovision 2025”  qalmaqal   mərkəzində: İrlandiya müsabiqəyə  rus qadının yazdığı   mahnı göndərdi
13 fevral 2025 20:39 (UTC +04:00)

“Eurovision 2025” qalmaqal mərkəzində: İrlandiya müsabiqəyə rus qadının yazdığı mahnı göndərdi

Mahnı İrlandiyanın milli münsiflər heyəti və tamaşaçılarından maksimum 12 bal alıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hər il "Eurovision" mahnı yarıçması böyük müzakirələrlə yadda qalır. 2025-ci il də bunlardan geri qalmayıb.

Rəsmi müsabiqə başlamazdan əvvəl İrlandiyanın seçimi tənqid dalğasına səbəb olub. Ölkəni Basel səhnəsində "Laika Party" mahnısı ilə EMMY (Emmi Kristin Guttulsrud Kristiansen) təmsil edəcək. Mahnının həmmüəlliflərindən birinin isə rusiyalı Larisa Vildanova (Tormi) olması narazılıq yaradıb. 

İrlandiya milli münsiflər heyəti və tamaşaçılar tərəfindən maksimum 12 bal alan bu mahnı kosmosa göndərilən ilk heyvan - sovet iti Layka haqqındadır. Lakin mahnının əsasında duran tarix bayram əhval-ruhiyyəsindən uzaqdır: Layka 1957-ci ildə "Sputnik-2"nin buraxılmasından cəmi yeddi saat sonra istidən ölüb.

Mahnının həmmüəllifi Larisa Torminin adı isə xüsusi mübahisələrə səbəb olub. O, Rusiyada doğulsa da, artıq 20 ildən çoxdur ki, İrlandiyada yaşayır. Tormi siyasətə qarışmadığını və müharibəni dəstəkləmədiyini iddia etsə də, onun bəzi açıqlamaları mübahisəli səslənir. O, "rusların da əziyyət çəkdiyini və sadə insanların heç nədə günahkar olmadığını" bildirərək, faktiki olaraq Kremlin narrativlərini yayıb.

Mahnı və onun müəllifləri ilə bağlı xəbər artıq beynəlxalq müzakirələrə səbəb olub. Bəzi ukraynalılar və Avropa tamaşaçıları İrlandiyanın bu seçimini mövcud vəziyyətdə yersiz hesab edirlər. Eurovision təşkilatçıları isə hələlik rəsmi açıqlama verməkdən çəkinirlər. Ziferblat "Eurovision-2025"dəki çıxışlarında nəyi dəyişəcəklərini açıqlayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29