İbrahim Tatlısəsə qarşı cinayət işi açıldı -VİDEO
13 fevral 2025 17:09 (UTC +04:00)

İbrahim Tatlısəsə qarşı cinayət işi açıldı -VİDEO

İbrahim Tatlısəsin keçmiş meneceri Şule Yazar sənətçinin onu təhdid etdiyini, mobbinq və psixoloji şiddət göstərdiyini iddia edərək İzmir Respublika Baş Prokurorluğuna şikayət ərizəsi təqdim edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İzmir şəhərində yaşayan 45 yaşlı Şule Yazar məhkəməyə gedərək, İbrahim Tatlısəsin ona qarşı "təhdid, təhqir, mobbinq və psixoloji şiddət" tətbiq etdiyi iddiası ilə rəsmi şikayət ərizəsi verib:

"Bu vəziyyətə gəlməsini istəməzdim"

Şikayətindən sonra hadisə ilə bağlı açıqlama verən Şule Yazar bildirib:

"Bu hadisənin bu nöqtəyə çatmasını istəməzdim. Mən iki uşaq anasıyam. Həyat yoldaşımı və uşaqlarımı qorumaq, mənə edilənləri qeydə aldırmaq üçün məcburən bu addımı atdım. Vəkilimlə birlikdə şikayət ərizəsi təqdim etməyə məcbur olduq.

Bu proses hamiləlikdən əvvəl başladı. Müxtəlif təzyiqlər, telefonda qışqırmalar kimi hallar yaşadım. 8 ay boyunca şiddətin azalmasını, səhvlərin başa düşülməsini gözlədim, amma əksinə, daha da artdı. Mənə qarşı üzbəüz heç bir danışıq, hesabat sorğusu və ya izahat tələbi olmadı. Mənimlə üzbəüz görüşən və cavab verən heç kim tapmadım. Mənə edilən təhdidlərə, deyilən sözlərə, üzərimə atılmağa çalışılan günahlara və arxamca deyilənlərə razı olmadım. Artıq bu işi məhkəməyə daşımağa qərar verdik. Açıq-aşkar təhdidlər aldıq.

Bunların nə qədər ciddi olduğunu və həyata keçə biləcəyini bilmirik. Ola bilsin ki, bu, sadəcə bir qəzəb anında deyilən sözlərdir, amma biz bu ehtimalı nəzərə aldıq. Şahidlərimiz, sübutlarımız var. Psixoloji vəziyyətim artıq dözülməzdir. Ailə üzvlərimə qarşı təhqiredici ifadələr işlədilib. Artıq psixoloji olaraq dözə bilmirəm. Çöküntü yaşayıram. Bu hadisələrə görə 4,5 ay ərzində körpəmə süd verə bilmədim. Məncə, bu hadisələrin hüquqi nəticəsi olmalıdır".

Şikayətlə bağlı açıqlama verən vəkil Serkan Onukar isə deyib:

"Müraciət etdiyimiz şəxs illərdir Türkiyə xalqının sevgisini qazanmış, sənəti və gördüyü işlərlə daim gündəmdə olmuş bir şəxsdir. Bu nöqtəyə gəlmək bizi həqiqətən üzüb. Bu məsələ bir müddətdir gündəmimizdə idi. Şule xanım çox səbir etdi.

İbrahim bəyin bu müddət ərzində bu cür hərəkətlərindən və sözlərindən əl çəkəcəyini düşündük. Lakin bu müddətdə vəziyyət daha da böyüdü. Şikayət etmək son çarəmiz oldu. Biz şikayət ərizəmizdə çox həssas davrandıq. İşlətdiyimiz ifadələri, irəli sürdüyümüz iddiaları, şahidlərimizi və dəlillərimizi çox dəqiqliklə seçdik. Bəzi məsələlərin prokurorluq tərəfindən araşdırılması lazımdır. İstintaq müəyyən müddət davam edəcək. Əlavə sübutlarımız da olacaq. Biz Türkiyə məhkəmə sisteminə inanırıq və ona güvənirik. Ürəyimizdən keçən bu işin sülh və ədalətlə nəticələnməsidir".


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar