ABŞ-də Maliyyə Maxinasiyalarına və Böhtan Kampaniyalarına cəlb edilən Media Vasitələrinin Siyahısı Açıqlanır
13 fevral 2025 20:36 (UTC +04:00)

ABŞ-də Maliyyə Maxinasiyalarına və Böhtan Kampaniyalarına cəlb edilən Media Vasitələrinin Siyahısı Açıqlanır

ABŞ administrasiyalarının müxtəlif dövrlərdə başqa ölkələrin daxili işlərinə müdaxilə etməsi və bunun üçün media da daxil olmaqla fərqli vasitələrdən istifadə etməsi artıq açıq şəkildə etiraf olunur. Bu açıqlamalar göstərir ki, dünya ictimaiyyətinə təsir edən bəzi media qurumları ABŞ hökumətindən maliyyə yardımı alaraq konkret siyasi sifarişləri icra edib. Bu media qurumları jurnalistikanın fundamental prinsiplərini və etik dəyərlərini nəzərə almadan fəaliyyət göstəriblər. Lakin son dövrlərdə ABŞ-də formalaşan yeni hakimiyyət fərqli siyasət yürüdərək bu cür qərəzli sifarişlərin maliyyələşdirilməsini dayandırır.

Bu sifarişlər üçün ayrılan vəsaitlərdən məhrum olan bəzi media qurumlarının adları artıq ABŞ administrasiyası tərəfindən açıqlanıb. Siyahının başında Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) dayanır. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri Elon Musk bildirib ki, USAID hər il milyardlarla dolları səmərəsiz xərcləyib və bu qurumun ləğvi zəruridir. ABŞ Prezidenti Donald Trump da bu yanaşmanı tam dəstəklədiyini bəyan edib.

Mövcud faktlar sübut edir ki, xarici yardımları və inkişaf proqramlarını idarə etməli olan USAID, əslində, missiyasından tamamilə kənara çıxaraq başqa məqsədlərə xidmət edib. Elon Musk vurğulayıb ki, agentlik əsasən xarici ölkələrin seçkilərinə müdaxilə etmək üçün maliyyədən istifadə edib. Bundan əlavə, yeni ABŞ hökuməti USAID-in daxilində genişmiqyaslı korrupsiya sxemlərinin mövcudluğunu aşkara çıxarıb.

“Azadlıq Radiosu” və “Amerikanın Səsi” kimi dövlət nəzarətində olan media qurumları uzun illər ərzində yalnız informasiya yaymaq üçün deyil, həm də xarici ölkələrin daxili siyasətinə təsir etmək məqsədilə istifadə edilib. Bu media vasitələrinə hər il yüz milyonlarla dollar ayrılıb, lakin bu vəsaitlərin əksəriyyətinin səmərəsiz xərcləndiyi ABŞ hökuməti tərəfindən etiraf olunur.

Bundan əlavə, Elon Musk qeyd edib ki, Co Bayden administrasiyası dövründə ABŞ hökuməti “Reuters” agentliyinə hər il milyonlarla dollar maliyyə ayırıb. “Reuters” isə bu vəsaitlər qarşılığında ABŞ hökumətinin sifarişlərini icra edərək, ictimai rəyin manipulyasiyası ilə məşğul olub. Musk bildirib ki, ABŞ hökuməti “kütləvi sosial aldatma” üçün “Reuters” agentliyinə böyük məbləğlər ödəyib. X sosial şəbəkəsində yayılan məlumatlara görə, təkcə Pentaqon hər il “Reuters”ə 9 milyon dollar ayırıb. Bu vəsaitlər konkret ölkələr, təşkilatlar və şəxslərə qarşı qarayaxma və böhtan kampaniyalarının aparılması üçün istifadə edilib.

Maliyyə dəstəyi dayandırılan media qurumları arasında “Politico”, “The New York Times” və “Associated Press” kimi məşhur nəşrlər də var. Elon Musk bildirib ki, Donald Trump administrasiyası dövründə bu media qurumlarının maliyyələşdirilməsi ləğv edilib. “Politico” hər il Dövlət Departamentindən 620 min dollar, digər nəşrlər isə Səhiyyə və Sosial Xidmətlər Nazirliyindən on milyonlarla dollar alıb.

Elon Musk həmçinin ABŞ Maliyyə Nazirliyinin hər il naməlum şəxslərə 100 milyard dollar müavinət ödədiyini və bu vəsaitlərin böyük bir hissəsinin saxtakarlıq yolu ilə mənimsəndiyini bildirib. Yeni administrasiya bu ödənişlərin təxminən 50%-nin fırıldaqçılıq olduğunu etiraf edib.

Bu açıqlamalar göstərir ki, ABŞ hökumətinin xarici ölkələrə təsir göstərmək üçün media qurumlarını maliyyələşdirməsi geniş miqyasda aparılıb. Lakin bu siyahı hələ tam deyil və gələcəkdə daha çox faktın üzə çıxacağı gözlənilir.

Elon Musk-ın fikrincə, ABŞ bundan sonra başqa ölkələrin daxili işlərinə qarışmamalı və öz daxili problemlərinə diqqət yetirməlidir. O vurğulayıb ki, ABŞ tarix boyu beynəlxalq məsələlərdə dominant rol oynamağa çalışıb, lakin indi bu yanaşmadan əl çəkməli və daxili problemlərin həllinə fokuslanmalıdır. Görünən odur ki, Trump administrasiyası artıq bu istiqamətdə addımlar atmağa qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513

Oxşar yazılar