Qadın hər gün səhər 4-də oyanır.
Malayziyalı bir qadın hər gün işə təyyarə ilə uçur və bunun onun səyahət xərclərini azaltdığını deyir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu həyat tərzi keçirən ilk insan deyil. Məsələn, bir kişi əvvəllər sevgilisi naminə iş üçün Almaniyadan İngiltərəyə uçduğunu paylaşıb.
Raçal Kaur iş həftəsinin hər günü Penanqadan Kuala-Lumpura 40 dəqiqəlik uçuş edir və səhər erkən saatlarının iş-həyat balansına dəyər olduğunu deyir.
“Bu sxem sayəsində mən hər gün evə uça, axşam uşaqlarımı görə bilirəm və son anda onlara ev tapşırıqlarında kömək edə bilirəm”, - ana paylaşıb. "İki övladım var, ikisi də böyüyür. Ən böyüyümün 12, qızımın isə 11 yaşı var. Onlar böyüdükcə mən hiss edirəm ki, analarının daha tez-tez yanında olmasına ehtiyac duyurlar".
O, səhər saat 4 radələrində oyanır - ən geci 4:15-də duş qəbul edir, geyinir və 30-40 dəqiqəlik uçuşa çatmaq üçün səhər 5-də evdən çıxır, 5:55-də təyyarə eniş edir. Qəribədir ki, o, hər səhər saat 7:45-də ofisə gəlir.
O, “AirAsia”da işləməsinə baxmayaraq, işçilərə verilən müavinətlərdən istifadə etmədiyini və biletləri almaq məcburiyyətində qaldığını söyləyib.
Kaur deyir ki, təyyarə ilə işə getməyin qiyməti Kuala-Lumpurda ayda 300 dollardan çox başa gələcək mənzil kirayəsindən daha ucuzdur. İndi o, evdə qalıb aylıq ödənişi təxminən 223 dollar olan ipotekanı ödəyə bilər.