"Çelsi"nin futbolçusu Santosun  yarım milyonu   qarət edildi
27 yanvar 2025 14:58 (UTC +04:00)

"Çelsi"nin futbolçusu Santosun yarım milyonu qarət edildi

Braziliyalı yarımmüdafiəçi Andrey Santosun evi həftə sonu “Lill” ilə Liqa 1 oyununda olarkən qarət edilib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, "Çelsi"dən icarəyə götürülən “Strasbur”un yarımmüdafiəçi 500 min avro dəyərində qiymətli əşyalarını itirib.

Bildirilir ki, naməlum cinayətkarlar 20 yaşlı braziliyalı futbolçunun evinin qapısını sındıraraq qiymətli əşyaları və qızıl-zinət əşyalarını aparıblar.

Eyni zamanda, Andrey Santosun özü “Strasbur”a  “Lill”ə qələbə qazandıran qollarından birini vurub və komandası Fransa çempionatının 19-cu turunda 2:1 hesabı ilə qalib gəlib.

Oğurluqdan sonra braziliyalı oğrulara müraciət edərək oğurladıqları malları 24 saat ərzində geri qaytarmalarını istəyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795
avatar

Lent.az

Oxşar yazılar

"Mbappenin oyunundan həzz alırıq" - Ançelotti

"Mbappenin oyunundan həzz alırıq" - Ançelotti

29 yanvar 2025 , 09:35
Transgender  idmançılar   Olimpiadadan  kənarlaşdırıla   bilər

Transgender idmançılar Olimpiadadan kənarlaşdırıla bilər

28 yanvar 2025 , 19:46
“Rubin”in  özbəkistanlı futbolçusu   “Sabah”da

“Rubin”in özbəkistanlı futbolçusu “Sabah”da

28 yanvar 2025 , 17:39
Neymar 40 milyon avrodan imtina etdi

Neymar 40 milyon avrodan imtina etdi

28 yanvar 2025 , 14:21
Ərəb klubu Vinisiusu 1 milyarda alır

Ərəb klubu Vinisiusu 1 milyarda alır

28 yanvar 2025 , 11:29
Ronaldo sevgilisini belə təbrik etdi

Ronaldo sevgilisini belə təbrik etdi

28 yanvar 2025 , 09:35
Neymar "Əl-Hilal"dan getdi

Neymar "Əl-Hilal"dan getdi

28 yanvar 2025 , 08:03
Amorim "Mançester Yunayted"də iki ayda  10 yaş qocaldığını   SÖYLƏDİ

Amorim "Mançester Yunayted"də iki ayda 10 yaş qocaldığını SÖYLƏDİ

27 yanvar 2025 , 19:13