Goranboyda Azərbaycan Dəmir Yolunun Dəliməmmədli stansiyasının ərazisində qatar 76 yaşlı kişini vurub.
Lent.az APA-ya istinadən xəbər verir ki, Dəliməmmədli şəhər sakini 1949-cu il təvəllüdlü Sabir Abdullayevi hərəkətdə olan qatar çiyin nahiyəsindən vuraraq yerə yıxıb.
Xəsarət alan yaşlı kişi Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.