Biləsuvarda qohumlar arasında  qan davasında   19 yaşlı gənc bıçaqlandı
25 yanvar 2025 19:22 (UTC +04:00)

Biləsuvarda qohumlar arasında qan davasında 19 yaşlı gənc bıçaqlandı

Biləsuvarda qisas zəminində bıçaqlanma olub.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.

Kəndin sərnişindaşıma mikroaftobusunda Çinarlı kənd sakini 24 yaşlı Orxan Abdullazadə həmkəndlisi 19 yaşlı Vadər Həmidlini bıçaqlayıb.

Zərərçəkən Vadərin anasının sözlərinə görə, Orxan qardaşı ilə oğlunu izləyərək hadisəni törədib.

Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. V.Həmidlinin atası 50 yaşlı Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 53 yaşlı Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, yanvarın 25-də saat 11 radələrində V.Həmidliyə xəsarət yetirməkdə şübhəli bilinən 24 yaşlı Orxan Abdullazadə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578
avatar

Oxşar yazılar