“Real”ın hücumçusu Kilian Mbappe Madrid klubunda ilk het-trikinə imza atıb.
Lent.az-ın məlumatına görə, o, bunu İspaniya çempionatının 21-ci turunun “Valyadolid”lə oyununda (3:0) bacarıb.
Bildirilir ki, Mbappe ilk het-trikə imza atmaqla “Real” tarixində dördüncü olub. Buna nail olmaq üçün fransız hücumçuya 19 oyun lazım olub. Braziliyalı Ronaldoya İspaniya çempionatında “Real” üçün ilk het-trikini vurmaq üçün eyni sayda oyun lazım idi.
Emmanuel Adebayor (14 oyun), Qaret Beyl (9 oyun) və Ruud van Nistelroy (2 oyun) ilk het-triklərini daha tez vurublar.