Bütün dövrlərin ən gözəl aktrisası  kimdir?
27 iyul 2024 14:30 (UTC +04:00)

Bütün dövrlərin ən gözəl aktrisası kimdir?

Uzun illər Merilin Monro ən gözəl aktrisa hesab edilsə də, zaman keçdikcə zövqlər dəyişib.

Lent.az-ın xəbərinə görə, “ListChallenges” portalının sorğusuna əsasən, insanların çoxu 59 yaşlı Monika Belluççini bütün zamanların ən gözəl aktrisası hesab edir.

Merilin Monro bu reytinqdə ikinci yeri tutub. İlk üçlüyü “Cənab və xanım Smit” filmindən sonra məşhurlaşan aktrisa Ancelina Coli tamamlayıb.

Sorğuda bir neçə aktrisanın adı da yer alıb. Məsələn, Bricit Bardo, Grac Kelli, Elizabet Teylor, Natali Portman və s.

Bu reytinqdə sonuncu yeri britaniyalı aktrisa Helena Bonham Karter tutub.

Monika Belluççi nə ilə tanınır?

Monika Belluççi italyan aktrisa və modeldir. Kinodakı şöhrətini ona “Drakula”, “Malena”, “Yenidən yüklənmiş matrisa” , “Matrisa: İnqilab”, “Məsihin ehtirası”, “Qrimm qardaşları”, “007: Spektr” filmləri gətirib. Son illər  “Süd yolunda”, “Asteriks” və Obeliks: Missiya Kleopatra” filmlərində çəkilib.

Aktrisa aktyor Vinsent Kassellə evli idi. Bu evlilikdən 2 qızı doğulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4857
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar