Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ
26 iyul 2024 18:41 (UTC +04:00)

Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Delfin” özəl uşaq bağçasında 26 uşaq zəhərlənib.

Lent.az yerli mediaya istinadla bildirir ki, onların səkkizi xəstəxanaya yerləşdirilib.

Təşkilatçı “RUSTİ” məktəbəqədər təhsil müəssisəsini ərzaqla təmin edib. Uşaqların yediyi xammal və hazır qida laboratoriyada tədqiq edilib, qidalarda salmonella olduğu üzə çıxıb.

Hazırda bağçanın işinə müvəqqəti qadağa qoyulub, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1395
avatar

Oxşar yazılar