Sinqapurda Marina Bay boğazının şəklini çəkmək üçün pilotsuz uçan aparatı səmaya qaldıran çinli turist 12 min dollar məbləğində cərimələnib.
Lent.az xəbər verir ki, 68 yaşlı təqaüdçü kişi həyat yoldaşı ilə birlikdə iyunun 25-də bir neçə günlüyünə Sinqapura gəlib.
İlk gün kişi dronunu iki dəfə körfəzin üzərinə qaldırıb və 148 m hündürlükdən 38 fotoşəkil çəkbi.
Pilotsuz aparat Mülki Aviasiya İdarəsi tərəfindən aşkarlanıb və polis çağırılıb. Nəticədə kişi 12 min dollar məbləğində cərimə olunub.
Məlum olub ki, 2024-cü ilin mart ayından Marina Bay boğazı qorunan ərazi elan edilib. Buna görə də ərazidə 60 m-dən çox hündürlükdə pilotsuz təyyarələrdən istifadə etmək üçün icazə alınmalıdır.