Azərbaycanlı narkotikə görə  saxlanıldı
29 iyul 2024 16:37 (UTC +04:00)

Azərbaycanlı narkotikə görə saxlanıldı

Xantı-Mansiysk Muxtar Dairəsində polis narkotik vasitələrdən istifadə etdiyinə görə deportasiya təhlükəsi altında olan Azərbaycan vətəndaşını saxlayıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Radujnıda polis onu narkotik vasitənin təsiri altında avtomobil idarə edərkən saxlayıb. Yoxlama zamanı məlum olub ki, o, miqrasiya qaydalarını da pozub.

Məhkəmə müəyyən edib ki, saxlanılan şəxs hüquq-mühafizə orqanlarının psixotrop maddələrdən istifadə etməkdə şübhəli ilməsinə baxmayaraq, tibbi müayinədən keçməkdən imtina edib. Bundan əlavə, müəyyən edilib ki, hələ bu ilin fevral ayında əcnəbi ölkədən deportasiya tələblərinə əməl etməyib.

Miqrant günahını etiraf edib. Məhkəmə araşdırması nəticəsində ona iki cərimə verili: 4 min və 2 min rubl (təxminən 47 və  24 dollar). Rusiyadan məcburi çıxarılma ilə bağlı da qərar qəbul edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar