“Dincəlmək istəyirəm…”  - Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb - YENİLƏNİB
28 iyul 2024 21:59 (UTC +04:00)

“Dincəlmək istəyirəm…” - Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb - YENİLƏNİB

Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb. 

Vahid Əhmədov Lent.az-a açıqlamasında deyib ki, əsas səbəb yorulmasıdır. 

“Yorulmuşam, dincəlmək istəyirəm. Ailəm də icazə vermir”, -  o, qeyd edib.

Qeyd edək ki, Vahid Əhmədov 59 saylı Quba Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü.

***

21:27

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Lent.az xəbər verir ki, məlumatı V.Əhmədov təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".

V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. (report)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4566
avatar

Oxşar yazılar