Yağıntılı və küləkli hava nə vaxta qədər davam edəcək?
28 iyul 2024 12:14 (UTC +04:00)

Yağıntılı və küləkli hava nə vaxta qədər davam edəcək?

Ölkə ərazisində müşahidə olunan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi bölgələrdə leysan xarakterli güclü yağış yağır.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirir ki, hazırda Gəncə-Qazax və Balakən-Şəki zonasında, eyni zamanda  Şahdağ, Daşkəsən, Gədəbəy, Quba, Xaçmaz, Qrız, Qusar, Yardımlıda  şimşək çaxır, leysan xarakterli yağış davam edir.

Onun sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti iyulun 29-u axşamadək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

Oxşar yazılar