Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı   edəcək
28 iyul 2024 07:18 (UTC +04:00)

Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcək

ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı və dünyanın “Bitcoin” supergücü etmək planlarını açıqlayıb.

Lent.az xəbər verir ki, Tramp Naşvilldə keçirilən “Bitcoin” konfransında kriptovalyutalarla bağlı siyasətini də açıqlayıb.

ABŞ kriptovalyuta və “Bitcoin” texnologiyasını mənimsəməsə, bunu Çinin mənimsəyəcəyini bildirən Tramp Çinin bu məsələdə hakim olmasına icazə verə bilməyəcəklərini və Çinin bu sahədə uğurlu olmasını istəmədiklərini bildirib.

Tramp, “Mən istəyirəm ki, ABŞ texnologiya, elm, istehsalat, süni intellekt və kosmosda birinci olsun”, - deyib.

Tramp deyib ki, əgər kriptovalyuta gələcəyi müəyyənləşdirəcəksə, o onun ABŞ-da istehsal edilməsini, emal olunmasını istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Oxşar yazılar