Böyük qardaşını öldürüb, anasını yaraladı
27 iyul 2024 18:05 (UTC +04:00)

Böyük qardaşını öldürüb, anasını yaraladı

Türkiyədə kişi qardaşını öldürüb, anasını isə yaralayıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Konya şəhərinin Akşehir qəsəbəsində baş verib. 48 yaşlı Ceylan Şahbaz böyük qardaşı 61 yaşlı Kadir və anası 84 yaşlı Fadime Şahbazı güllələyərək, qaçıb.

Nəticədə K. Şahbaz yerindəcə keçinib. Yaşlı qadın isə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra cinayətkar 20 yaşlı qızını da götürərək başqa şəhərə qaçmağa cəhd edib. Lakin polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində o, qızı ilə birgə saxlanılaraq, həbs olunub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Oxşar yazılar