Ukraynanın Odessa vilayətində polis əməkdaşları atasını itə görə vəhşicəsinə öldürən 48 yaşlı kişini saxlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, oğul evdə atasının meyitini tapması barədə həkimlərə məlumat verib. Hadisə yerinə gələn həkimlər mərhumun bədənində xəsarətlər aşkarlayıblar və bu barədə polisə məlumat veriblər.
Polis 72 yaşlı kişinin ölümündə oğlunun əli olduğunu müəyyən edib. Oğul xəstə itinin ölümündə onu günahlandırdığı üçün atasını yatarkən bıçaqladığını deyib. İddialara görə, kişi oğlunun istəyi ilə ev heyvanı üçün dərman ala bilməyib.
Müstəntiqlər müəyyən ediblər ki, qətl silahı bıçaq deyil, şübhəli şəxsin özünə məxsus olan ov tüfəngidir. Məhz bu tüfənglə şübhəli atasının sinəsinə bir neçə dəfə atəş açıb.
İbtidai istintaq başa çatıb və Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə ittiham aktı məhkəməyə göndərilib.