Bu kənddə  27 ildən sonra   ilk dəfə uşaq dünyaya gəldi -  VİDEO
23 iyun 2025 19:20 (UTC +04:00)

Bu kənddə 27 ildən sonra ilk dəfə uşaq dünyaya gəldi - VİDEO

Ukraynanın Vinnitsa vilayətinin Qvozdov kəndində 2025-ci ilin may ayına olan məlumata görə, cəmi 19 nəfər yaşayırdı. Ən gənc sakinin bir ay yarım yaşı var. Bu, son 27 ildə bu qəsəbədə doğulan ilk uşaqdır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Nemiriv şəhər merinin müavini Larisa Kuşkonun dediyi kimi, 1,5 aylıq Qavrilin valideynləri 5 il əvvəl Çerkassı vilayətinin Uman şəhərindən Qvozdova köçüblər.

"Ukraynanın hər yerində ev olmayan kənd axtardıq. Qvozdovu bizə tövsiyə etdilər. Dedilər ki, burada xoşbəxt olacağıq. Və həqiqətən də belədir. Biz şəhərə qayıtmaq istəmirik, bu barədə söhbət yoxdur. Sakitlik, təbiət, sağlamlıq - ən önəmlisi budur. Bura bizim xoşumuza gəlir. Yəqin ki, hər kəs belə riskə gedə bilməz: ünsiyyətsiz, hər gün şəhərə getmək fürsəti", - oğlanın anası Mariya Bevz deyir.

Rayon mərkəzindən 63 kilometr aralıda yerləşən kənddə tikililərin əksəriyyəti atılmış, yarı dağılmış vəziyyətdədir. Bələdiyyə sədrinin müavininin sözlərinə görə, insanlar pul qazanıb ailələrini dolandıra biləcəkləri şəhərlərə köçdükləri üçün belə vəziyyət yaranıb. Eyni zamanda, onun fikrincə, Qvozdov “ölmür, yenidən həyata qayıdır”, çünki burada “Nuhun gəmisi” QHT-nin xeyriyyə fondu fəaliyyət göstərir və buna görə də çoxlu insanlar gəlir.

Kənd sakini Aleksandr Bartoş deyir ki, o, uşaq olanda burada xeyli adam var idi, indi isə elə olur ki, “salam da deməyə adam yoxdur”, xüsusən qışda insanlar görünmür. Onun sözlərinə görə, kənddə məktəb, uşaq bağçası, xəstəxana, hətta təcili yardım məntəqəsi belə yoxdur və mağaza 10 kilometr aralıdadır. Ancaq deyir ki, meşə də var, çay da var, sakitlik də var.

Ən yaşlı sakin, 85 yaşlı Oksana Beneydik deyir ki, o, tikişçi olub və fermada işləyir. İndi o, tək yaşayır, çünki əri və iki qızı dünyasını dəyişib.
Aleksanr Bartoş deyir ki, yerli sakinlər fermalarında arı, toyuq yetişdirir, tülküləri qorxutmaq üçün it saxlayırlar.

"Görəcəyik nə qədər davam edə bilərik. Hələlik burada yaxşıyıq. Amma biz sivilizasiyaya getmək istəmirik. Biz buna öyrəşməmişik", - kişi əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar