"Azərbaycan mafiyası"na HÖKM OXUNDU
21 iyun 2025 10:15 (UTC +04:00)

"Azərbaycan mafiyası"na HÖKM OXUNDU

2023-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində vətəndaşlara hücum edən “Azərbaycan mafiyası” dəstəsinin üzvləri 3,5 ildən 5 ilə qədər həbs cəzası alıblar.

Lent.az xəbər verir ki, təqsirləndirilənlər arasında azyaşlılar olduğu üçün proses qapalı keçirilib. İşdə ümumilikdə 16 nəfər iştirak edib. Onlara qarşı xuliqanlıq, habelə milli mənsubiyyətə görə nifrət və düşmənçiliyin salınması ittihamı irəli sürülüb.

2023-cü il ərzində yuxarıda adları çəkilən şəxslər birgə fəaliyyət göstərən və əvvəlcədən planlaşdırılmış plana uyğun olaraq mütəmadi olaraq Sankt-Peterburq sakinlərinə qarşı hücumlar törədib, bu hadisələri videoya çəkərək sonradan internetdə dərc ediblər.

Qrupun rəhbəri Tural Məmmədov Azərbaycana sığınaraq ədalətdən yayınmağa çalışıb. Lakin o, axtarışa verilərək, saxlanılıb və yenidən Sankt-Peterburqa gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 853

Oxşar yazılar