“Azərbaycan mafiyası”nın  istintaqı   yekunlaşdı: Məhkəmə başlayacaq
06 aprel 2024 19:07 (UTC +04:00)

“Azərbaycan mafiyası”nın istintaqı yekunlaşdı: Məhkəmə başlayacaq

Sankt-Peterburqda “Azərbaycan mafiyası” işi üzrə istintaq başa çatıb. İndi Şimal paytaxtının küçələrində təsadüfi yoldan keçənləri döyən miqrant yeniyetmələrin taleyini məhkəmə həll edəcək.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, 2023-cü ilin payızında Sankt-Peterburqda özlərini “Azərbaycan mafiyası” adlandıran Azərbaycan və Tacikistandan olan bir qrup yeniyetmə miqrant saxlanılıb.

Cəzasız qalacaqlarına əmin olan gənc miqrantlar şəhər küçələrində və müxtəlif müəssisələrdə təsadüfi yoldan keçənlərlə dava salıblar. Eyni zamanda hər şeyi lentə alıb videoları internetə yerləşdiriblər. Bu yolla məşhur olmaq və pul qazanmaq istəyiblər.

Tural Məmmədov

Ümumilikdə 14-16 yaş arası 16 gənc miqrant saxlanılıb. “Mafiya”nın lideri Tural Məmmədov dərhal tutulmayıb, təhlükə hiss edən kimi vətənində - Azərbaycanda gizlənməyə çalışıb. Amma orada onu tez tapıb Sankt-Peterburqa ekstradasiya ediblər. 

İstintaq Komitəsi artıq “Azərbaycan mafiyası” işi üzrə istintaqın başa çatdığını elan edib. Onun iştirakçıları rolundan asılı olaraq xuliqanlıq, nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham edilərək istintaq təcridxanasına göndərilib.


İstintaq kifayət qədər sübut bazası toplayıb və buna görə də cinayət işi ittiham aktının təsdiq edilməsi və daha sonra məhkəməyə verilməsi üçün verilib,
- Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8280
avatar

Oxşar yazılar