Azərbaycanda hər 1000  kişiyə 1125   qadın düşür
23 iyun 2025 16:45 (UTC +04:00)

Azərbaycanda hər 1000 kişiyə 1125 qadın düşür

Azərbaycanda hər 1000 kişiyə 1009 qadın düşür.

Lent.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

İlkin gənclik dövründə qadınların sayı azalır

15-19 yaşda hər 1000 kişiyə 873 qadın düşür. Görünən odur ki, bu yaşda kişilərin sayı qadınlara nisbətdə daha çoxdur

30 yaşdan sonra qadınların sayı artır 

15-34 yaş qrupunda qadın-kişi nisbəti tədricən balanslaşmağa başlayır. 25-29 yaş aralığında artıq hər 1000 kişiyə 990 qadın düşür. Lakin 30-34 yaş qrupundan etibarən qadınların sayı kişilərdən daha çox olmağa başlayır və bu fərq illər keçdikcə artır.

40 yaşdan yuxarı yaş qruplarında qadınların kişilər üzərindəki say üstünlüyü daha da nəzərə çarpır. 55-59 yaş aralığında bu rəqəm artıq 1125 qadına çatır. Yəni hər 1000 kişiyə 1125 qadın düşür.

70 yaşdan sonra da qadınlar çoxluq təşkil edir

Ən kəskin fərq 70 yaş və yuxarı yaş qrupunda müşahidə olunur. Burada qadınların sayı kişilərdən xeyli çoxdur. Hər 1000 kişiyə 1324 qadın düşür.

Bu rəqəm qadınların ömür uzunluğunun kişilərdən daha çox olmasını bir daha təsdiqləyir. 

Əmək qabiliyyətli yaşda kişilər üstünlük təşkil edir

Ən maraqlı göstəricilərdən biri isə əmək qabiliyyətli yaşda olan əhali ilə bağlıdır. Bu yaşda (təxminən 15-64 yaş arası) hər 1000 kişiyə cəmi 880 qadın düşür. Bu isə o deməkdir ki, ölkənin əmək bazarında kişilər say baxımından üstünlük təşkil edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008

Oxşar yazılar

Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

12 avqust 2025 , 11:22
Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

12 avqust 2025 , 09:48