Piknik üçün getmişdilər, 2 uşaq göldə boğuldu
23 iyun 2025 18:43 (UTC +04:00)

Piknik üçün getmişdilər, 2 uşaq göldə boğuldu

Türkiyədə iki azyaşlı göldə boğulub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhəri Orxanqazi qəsəbəsində, İznik gölündə qeydə alınıb.

Göl ətrafına piknik üçün gələn qohumların iki uşağı – 9 yaşlı Berat Anıl Yılmaz və 8 yaşlı Yener Çakır itkin düşüblər. Uşaqların itkin düşdüyünü gec bilən valideynlər dərhal axtarışlara başlayıblar. Az sonra uşaqların tərlikləri göl kənarında tapılıb. Bunu görən qohumlar xilasediciləri köməyə çağırıblar.

Axtarışlar zamanı uşaqların meyitləri yaxınlıqdakı su anbarında yan-yana tapılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar