"Ermənistan Mərkəzi Bankı “Artsaxbank”ı qeydiyyatdan keçirib" - Arayik Harutyunyan
23 iyun 2025 14:40 (UTC +04:00)

"Ermənistan Mərkəzi Bankı “Artsaxbank”ı qeydiyyatdan keçirib" - Arayik Harutyunyan

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə prokurorun suallarını cavablandırıb.

Lent.az xəbər verir ki, təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib.

Arayik Harutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən “bank” olduğunu söyləyib. “Bank”ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin “bank”ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.

“O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi”, - Harutyunyan əlavə edib.

Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib.

Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5088

Oxşar yazılar

Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı

Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı

14 avqust 2025 , 14:48
Marketdən külli miqdarda lotereya bileti  oğurlandı

Marketdən külli miqdarda lotereya bileti oğurlandı

14 avqust 2025 , 13:29
Lənkəranda uşağı maşın vurdu

Lənkəranda uşağı maşın vurdu

14 avqust 2025 , 13:22
Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

14 avqust 2025 , 13:00
Bakıda narkotacir qardaşlar  tutuldu

Bakıda narkotacir qardaşlar tutuldu

14 avqust 2025 , 12:16
"Avtoş"luq edən  daha bir motosiklet sürücüsü həbs edildi

"Avtoş"luq edən daha bir motosiklet sürücüsü həbs edildi

14 avqust 2025 , 11:15
Zaqatalada ƏMƏLİYYAT:   narkotik satan gənc tutuldu

Zaqatalada ƏMƏLİYYAT: narkotik satan gənc tutuldu

14 avqust 2025 , 10:33
Qubada yanğın törədən TUTULDU

Qubada yanğın törədən TUTULDU

14 avqust 2025 , 09:44