Azərbaycanın ilk gigiyenik kağız markası olan “Sun”, “Məktəbli” sosial layihəsi çərçivəsində elan etdiyi yaradıcılıq müsabiqəsinin qaliblərini mükafatlandırıb. Bakı və Xırdalan şəhərlərində yerləşən 25 məktəbdə 2000 ibtidai sinif şagirdini əhatə edən layihənin əsas məqsədi uşaqlara erkən yaşlardan şəxsi gigiyena qaydalarını aşılamaq, onların sağlamlıq biliklərini artırmaq və valideynləri bu sahədə məlumatlandırmaq idi.
Layihə çərçivəsində uşaqlara həkim heyəti tərəfindən tualet kağızı istifadə etməyin önəmi, tualet kağızı istifadə etmədikdə yarana biləcək xəstəliklərlə bağlı əhəmiyyətli məlumatlar verilib, maarifləndirici cizgi filmləri nümayiş olunub, interaktiv oyunlar keçirilib və hər bir uşağa Sun tərəfindən hədiyyələr təqdim edilib.
Həmçinin “Şəxsi gigiyena” mövzusunda rəsm müsabiqəsi keçirilib. Ən yaradıcı işlərin müəllifləri mükafatlandırılıb.
25 ildən artıqdır ki, həyatımızın ayrılmaz parçasına çevrilmiş Sun, "Gələcək sağlam olSUN" devizi ilə sosial məsuliyyət layihələrini davam etdirəcək və sağlam nəsil yetişdirilməsinə dəstəyini əsirgəməyəcək.