Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla bildirir ki, rayonun Bakı prospektində, 36 yaşlı Asif Ziyad oğlu İsmayılov idarə etdiyi "FORD" markalı mikroavtobusla geriyə hərəkətdə olarkən 66 yaşlı Asif Ağa oğlu İsrafilovu vurub.
Zərərçəkən Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, A. İsrafilov rayon avtovağzalının müdiri vəzifəsində çalışırmış.
Fakt araşdırılır.