Milyarder 120 ildən çox yaşamaq üçün  qadağan olunmuş gen terapiyasından keçdi
28 iyul 2024 16:53 (UTC +04:00)

Milyarder 120 ildən çox yaşamaq üçün qadağan olunmuş gen terapiyasından keçdi

Ölümsüzlük ideyasına aludə olan milyarder Brayan Conson ömrünü uzatmaq üçün ABŞ-da qadağan olunmuş gen terapiyasından keçib.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Conson Hondurasdakı bir adaya gedib və follistatin gen terapiyasından keçib. ABŞ-da sifariş verilə bilməz, çünki proseduru ABŞ Qida və Dərman İdarəsində  istifadə üçün təsdiqlənməyib.

Xidmət milyarderə 20 min dollara başa gəlib. O, follistatin gen terapiyasının ona 120 ildən çox yaşamağa imkan verəcəyinə inanır. Keçmişdə onu yalnız DNT-yə müdaxilənin bədxassəli şişlərin inkişaf riskini artırdığına dair narahatlıqlar dayandırmışdı.

“120 il insanlar üçün tavandır. İndiyə qədər heç kim onu keçə bilməyib - və gen terapiyası bunun açarı ola bilər”, - Conson söyləyib.

Brayan Conson bioloji qocalma prosesini yavaşlatmaq üçün ildə təxminən iki milyon dollar xərcləyir. Milyarder cavanlaşmaq üçün 17 yaşlı oğlunun qanını özünə köçürüb, dəbli pəhrizlərə keçib və gənc donorların piylərini üzünə vurub. Bu yaxınlarda o, şok dalğa terapiyasından istifadə edərək erektil disfunksiya əlamətləri ilə mübarizə aparmağa çalışdığını söyləyib.

Gündəlik həyatında Conson bir sıra ciddi qaydalara riayət edir və qeyri-adi rejimə uyğun yaşayır. Axşam saat səkkizin yarısında yatağa gedir və gündə təxminən beş saatını "fokuslanmış təfəkkür" adlandırdığı bir növ meditasiya ilə keçirir. Yuxu zamanı o, çoxlu sayda göstəriciləri ölçən sensorlara qoşulur: ürək dərəcəsinin dəyişməsindən tutmuş gecə ereksiyalarının sayına qədər. Bu, özünün də etiraf etdiyi kimi, şəxsi həyatına heç bir fayda vermir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Oxşar yazılar