Türkiyədə məsciddə bıçaqlanma olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri şəhərinin Dəvəli qəsəbəsindəki Çarşı məscidində baş verib.
Cümə namazından çıxan 66 yaşlı D.C. ilə yeznəsi, 55 yaşlı N.B. arasında mübahisə yaranıb. Mübahisə zamanı N.B. qaynını bıçaqlayıb. Ətrafdakıların çağırışı ilə əraziyə polislər cəlb olunub.
Yaralı ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.