Sevgilisinin 10 aylıq körpəsini yerə çırpıb öldürdü
12 sentyabr 2025 17:57 (UTC +04:00)

Sevgilisinin 10 aylıq körpəsini yerə çırpıb öldürdü

0

Rusiyanın Novosibirsk şəhərində kişi sevgilisinin 10 aylıq körpəsini öldürüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, o, birlikdə yaşadığı qadının 10 aylıq körpəsini başından tutaraq yerə çırpıb. Körpə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Cinayət ötən ilin iyul ayında baş verib. Ana 10 aylıq uşağını iki günlüyə birlikdə yaşadığı şəxsə etibar edib. Körpənin ağlamasına dözə bilməyən kişi onu götürüb başını yerə vurub. Alınan xəsarət nəticəsində uşaq sonradan xəstəxanada ölüb.

Müttəhim özünü təqsirli bilməyib. O, təsadüfən uşağın əlindən yıxıldığını deyib. Lakin məhkəmə onu 16 il ciddi rejimli həbsxanada cəza çəkməyə və əlavə olaraq 2 il müddətinə azadlığının məhdudlaşdırılmasına məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar