"Göy məscid"in qarşısında maşın piyadanı belə vurdu - HADİSƏ ANI
12 sentyabr 2025 17:41 (UTC +04:00)

"Göy məscid"in qarşısında maşın piyadanı belə vurdu - HADİSƏ ANI

0

Bakıda avtomobil piyadanı vurub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov Lent.az-a bildirib ki, hadisə bu gün günorta saatlarında Nəsimi rayonu, Səməd Vurğun küçəsi, "Göy məscid"in qarşısı, mərkəz istiqamətində baş verib.

Ömər Xıdırovun sözlərinə görə, aparılan təbliğat-izahat və maarifləndirmə işləri nəticəsində piyadaların çox hissəsi keçidlərdən istifadə edir:

"Bu yaxşı nəticədir. Ancaq bəzi hallarda sürücülərin onlara yol verdiyinə tam əmin olmadan keçidlərdən keçən piyadalar özlərini təhlükəyə atırlar. Bu cür qəzaların baş verməsinə səbəb olan digər bir vacib məqam isə sürücülərin keçidlərə yaxınlaşarkən piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməməsi və yüksək sürətlə nəqliyyat vasitəsini idarə etməsi ilə bağlıdır. Təəssüflər olsun ki, belə olduqda piyadanın ölümü və xəsarəti ilə nəticələnən qəzalar qeydə alınır. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bu mövzu daim diqqətdə saxlanılır və əsas məqsədimiz də ondan ibarətdir ki, yol hərəkəti iştirakçıları qəzaların iştirakçısı, qurbanı olmasınlar. Bir daha xahişimiz ondan ibarətdir ki, piyadalar keçidlərdə yolu keçərkən diqqətli olmalı, yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçiddən keçməlidirlər.

Sürücülər isə piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, keçidin olduğunu bildirən nişana diqqət yetirməli və piyadalara yol verməlidirlər. Qeyd edilənlərə laqeyd yanaşılmamalı və qaydalara əməl edilməlidir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar