Bakıda 35 minlik  dələduzluq edən dostlar   tutuldu
12 sentyabr 2025 14:35 (UTC +04:00)

Bakıda 35 minlik dələduzluq edən dostlar tutuldu

0

Bakının Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.
 
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar