Cəlilabadda FACİƏ:  3 yaşlı uşaq yıxılıb öldü
28 iyul 2024 16:31 (UTC +04:00)

Cəlilabadda FACİƏ: 3 yaşlı uşaq yıxılıb öldü

Cəlilabadda nəzarətsiz qalan uşaq hündürlükdən yıxılaraq ölüb.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Nəzarətsiz qalan 3 yaşlı C.Vahabov 5 metr hündürlükdən yıxılaraq ölüb.

Məlumata görə, uşaq pilləkənlə qonşu evin ikinci mərtəbəsində yerləşən açıq balkona çıxıb və burada o, müvazinətini itirərək yerə yıxılıb. 

Xəsarət alan uşaq təcili olaraq Cəlilabad rayon  Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həyatını itirən C. Vahabov evin tək övladı idi.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar