TikTokda yeni funksiya TEST EDİLİR
29 iyul 2024 17:32 (UTC +04:00)

TikTokda yeni funksiya TEST EDİLİR

TikTok yeni funksiyanın testinə start verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya Sound Search adlanır. Bu funksiya istifadəçilərə mahnıların axtarılıb tapılmasında yardımçı olur. Bununla belə proses həm istifadəçinin mahnını oxuması şəklində həm də mahnının tətbiq daxilində işə salınması şəklində reallaşdırıla bilər. Sözügedən yeni funksiya hal-hazırda məhdud sayda TikTok istifadəçisi arasında test edilir.
     Sound Search funksiyasını tətbiq daxilindəki axtarış panelində əks olunan mikrofon düyməsinə klikləyərək aktivləşdirmək olar. Məlumata əsasən ilkin testlərdə bu yeni funksiya məşhur mahnıların tapılmasında yaxşı nəticələr sərgiləyib. Lakin o qədər də məşhur olmayan mahnıların tapılması məsələsində bəzi problemlər yaşana bilər. Lazımi mahnının tapılmasından sonra istifadəçi onunla bağlı olan videonu və ya onun remiks versiyalarını əldə edir. Funksiyanın kütləvi şəkildə nə zaman istifadəyə veriləcəyi hələ bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432
avatar

Oxşar yazılar