Azərbaycan prezidenti MDB İcraiyyə Komitəsinin icraçı katibini qəbul edib
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MDB İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedev Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün MDB-dən 352 nəfərdən ibarət müşahidəçilər missiyasının ölkəmizə gəldiyini vurğulayaraq missiya üzvlərinin Azərbaycanın müxtəlif regionlarında üç mindən artıq məntəqədə seçkiyə hazırlıq məsələləri və seçki prosesinin gedişi ilə yaxından tanış olduqlarını bildirib. Sergey Lebedev MDB müşahidəçilər missiyasının üzvlərinin Azərbaycanın şəhər və rayonlarının simasının necə dəyişdiyini və yerlərdə insanların yüksək əhval-ruhiyyədə olmalarını müşahidə etdiklərini qeyd edib.
Dövlət başçısı MDB dövlətlərindən olan müşahidəçilər missiyasının üzvlərinin həm seçkilərə hazırlıq prosesini, həm seçkilərin gedişini müşahidə etmələrindən, həmçinin onların Azərbaycanın regionlarında gedən inkişaf prosesləri ilə yaxından tanış olmalarından məmnunluğunu bildirib. Prezident İlham Əliyev seçki prosesinin daha da təkmilləşdirilməsi, hər bir namizəd üçün bərabər şəraitin yaradılması və seçkilərin şəffaflığının təmin edilməsi ilə bağlı ölkəmizdə bütün lazımi addımların atıldığını bildirib.

Oxşar yazılar

Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29