Moskvada azərbaycanlıların mitinqi olub – YENİLƏNİB –
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiyada azərbaycanlılarla yanaşı, ruslar da iştirak ediblər. Mitinqə təxminən 300-ə yaxın insan qatılıb. Mitinqdə əsasən, “Millətlərarası münaqişələrə yox!”, “Vladimir Putinin siyasətinə dəstək!” kimi şüarlar səsləndirilib.
Aksiyada çıxış edən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynov Rusiyada yaşayan azərbaycanlıların Vladimir Putinin siyasətini dəstəklədiklərini bildirib: “Biz Rusiya vətəndaşlarıyıq və burada baş verənlərə etinasız yanaşa bilmərik. Rusiyada yaşayan azərbaycanlılar millətlərarası münaqişənin əleyhinədirlər. Biz Rusiya vətəndaşları olaraq, bu ölkənin çiçəklənməsinin və inkişafının tərəfdarıyıq”.
ÜAK-ın icraçı katibi Nemət Nağdəliyev Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin erməniləri Azərbaycan xalqına qarşı terrora çağırması barədə danışaraq, bunu Rusiyada yaşayan azərbaycanlıları narahat etdiyini deyib: “Başa düşmək lazımdır ki, bu çağırış tək bizə yox, bütün Rusiya ictimaiyyətinə qarşıdır”.
Aksiyada daha sonra Azərbaycandakı rus icmasının Moskvadakı nümayəndəsi Yuri Karetin, Moskvada yaşayan azərbaycanlı gənclər, diaspor fəalları çıxış ediblər.
Sonda Rusiyada yaşayan Azərbaycan ictimaiyyəti adından bəyanat qəbul olunub.
Bəyanatda Vladimir Jirininovskinin azərbaycanlılara qarşı terror çağırışı pislənib, buna hüquqi qiymət verilməsi tələb olunub.
Qeyd edək ki, mitinq keçirilməsi təşəbbüsü ilə Ümumrusiya Azərbaycanlıları Konqresi və Moskvada yaşayan azərbaycanlı gənclər çıxış edib. Moskva meriyası Azərbaycan diasporuna mitinq keçirməyə icazə verib.
Azərbaycan diasporu bir müddət əvvəl meriyaya mitinq keçirməklə bağlı müraciət edib. Meriya diasporumuzun müraciətini müsbət cavablandırıb.
Xatırladaq ki, sentyabrın 14-də Moskvadakı erməni diasporu bu meydanda Ramil Səfərovun azadlığa buraxılmasına etiraz olaraq kütləvi aksiya keçirib. Aksiya zamanı Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Aksiyada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski erməni xüsusi xidmət orqanlarını Azərbaycana və azərbaycanlılara qarşı terrora çağırıb.
***
saat 16.21
Moskvada “Krasnopresnenskaya zastava” meydanında Azərbaycan diasporunun mitinqi başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hazırda mitinqə axın davam edir. Aksiyada azərbaycanlılarla yanaşı, ruslar da iştirak edirlər.

3746