Tənzilə Rüstəmxanlı: “Heç arzulamazdım ki, düşmənim qadın olsun” – SÖHBƏT
Xanımla müsahibəmiz düz ayın 30-na - qardaş Türkiyənin Zəfər Bayramı gününə təsadüf elədi. Vallah, həmin günü qəsdən seçməmişdik. Eləcə söhbətə başlayanda yadımıza düşdü ki, bu gün türklük bayramıdır. Bunu xoş əlamət kimi qəbul etdik. Hər halda xanım qonağımızın türkçü birisi olduğu hamımıza və hamıya bəlliydi. Beləliklə, İlqar Əlfi, Anar Yusifoğlu, Ramal Hüseynov və İlham Tumasın növbəti qonağı Tənzilə Rüstəmxanlıdır...
"Atam təpədən-dırnağa türk kişisiydi"
İ.T - Tənzilə xanım, mən Sizi gülən halda təsəvvür eləmirdim. Mənə elə gəlirdi ki, hər zaman qaşqabaqlısınız. Ancaq indi üzünüzdə təbəssüm var...
- Bunu mənə çox adam deyir. Bəlkə də ilk baxışdan belə alınır. Çox gənc yaşlarımdan işə başlamışam. İşlədiyim yerdə də özümdən qat-qat yaşlı, təcrübəli insanlarla işləmişəm. Bəlkə onlar məcbur eləyib, sərt olmuşam. Düşünün, gənc bir xanım təftiş komissiyasının sədri vəzifəsində çalışsın. Bu o qədər məsuliyyətli bir iş idi ki... Orada 100 nəfər kişi müfəttişim var. Bunlarla necə olmalısan?
A.Y- Yəni, bilə-bilə özünüzü sərtləşdirmisiniz?
- Hə... Ancaq deyim ki, bu bir az da xarakterimdə olub. Məsələn, mənim atam təpədən-dırnağa türk kişisiydi, bizi də türk adət-ənənəsiylə tərbiyə eləmişdi, bizi oğlan kimi böyüdüb, azadlıq vermişdi. Uşaqlıqdan aramızda oğlan-qız ayrı-seçkiliyi olmazdı. Məsələn, meşəyə odun qırmağa gedirdiksə, qardaşlarımızla biz də gedirdik. Onlar tirin bir ucundan yapışırdılarsa, biz də o biri ucundan yapışıb arabaya qoyurduq. Təbii ki, bütün bunların hamısı xarakterin formalaşmasına təsir edib.
İ.T - Belə çıxır ki, ailəniz böyük ailədi...
- Çox böyük ailəmiz var. Ümumən bizim nəslimiz böyük nəsildi...
İ.T - Kənddən, o təmiz mühitdən şəhərə gələndə öyrəşmək çətin olmadı ki?
- O vaxt bizi bura oxumağa göndərirdilər və bərk-bərk tapşırırdılar ki, oxumağa gedirsən. Yəni, yolda, izdə, küçədə gəzməyə haqqın yoxdur. Həm də qohum-əqrəbalarımz çox idi o zaman, onlar da nəzarət edirdilər. Amma bütün bunlara baxmayaraq, o vaxt mühit də tamam başqaydı. Hər şey öz axarında gedirdi, xüsusi bir şey lazım deyildi. Bizim çevrəmizdə olan tələbələrin hamısı kəndlərdən gəlmişdi. Bütün səmimiyyətimlə deyirəm, bizdə oğlan qız fərq etmirdi. Oğlanlı-qızlı bir yerdə oturub saatlarca dərs çalışırdıq, birimizin ağlından keçməzdi ki, qarşımdakı mənim əks cinsimdi. O dərəcə saf münasibət vardı. Məsələn, dünya ədəbiyyatından, şeirdən, sənətdən danışardıq. Mən övladlarıma deyirəm ki, götürün, dünya ədəbiyyatı oxuyun. İndi tərcümələr çoxdu. Bizim zamanımızda bu cür rahat deyildi, ancaq biz saatlarca kitabxanada oturub bədii ədəbiyyat oxuyurduq. Dediniz ki, xarakterinizdə sərtlik var. Mənə oxuduğum kitablar da çox böyük təsir eləyib. Xarakterimin formalaşmasında iki romanın çox böyük rolu olub. Biri Voyniçin “Ovod” əsəri, biri də Drayzerin “Cenni Herhard”ı. Mən sevgi nədi, o əsərlərdən bilmişəm...
İ.T- Tənzilə xanım, bax özünüz sevgidən danışdınız. Sizinlə sevgidən hara qədər danışmaq olar?
- Mənə elə gəlir ki, məni yetərincə tanıyan insanlarsınız. Bunu bilmiş olarsınız hara qədər danışa bilərəm...
İ.Ə - Tənzilə xanım, dediniz ki, qardaşlarımla mənim aramda fərq olmaması, onlarla bir yerdə işləyərək bərabər hüquqa sahib olmağım bəlkə də ona səbəb olub ki, az gülmüşəm. Bundan belə bir məntiq çıxır ki, kişilər, ümumiyyətlə, az gülməlidirlər. Elədirmi?
- Başqa millətləri deyə bilmərəm, amma türk milli mentalitetində, türk xislətində, türk mədəniyyətində kişi obrazı daha ciddiyə alınıb, daha xüsusi hörmətə layiq görülüb. Məsələn, bizdə mən atamı yersiz gülən, qəhqəhə çəkən görməmişəm. Eləcə də qardaşlarımı. Ağırbaşlı olublar. Sualınıza əslində, elə özünüz cavab verdiniz. Mənə elə gəlir ki, kişilər daha ciddi olmalıdırlar. Təbii ki, demirəm, qadınlar daha çox gülməlidirlər. Əlbəttə, gülüş çox gözəl şeydir, ancaq yerində. Hər şey dadında, duzunda gözəl olur.
R.H - Tənzilə xanım, xalqın gözündə sizin mövqeyiniz artıq formalaşıb, cəmiyyət Sizi tanıyır. Necə düşünürsünüz, özünüzü tam olaraq olduğunuz kimi göstərə bilmisiniz cəmiyyətə, yoxsa hələ insanlara göstərə bilmədiyiniz tərəfləriniz var?
- Düşünürəm ki, əlimdə səlahiyyətim çox olsaydı, görüləcək işlər də çox olardı... Məsələn, deyirəm ki, filan insanın yerində olsaydım, bu işi filan cür həll edərdim. Ancaq səlahiyyətim mənə nə qədər imkan verirsə, hətta bəzən imkanımı daha çox zorlayıram, o qədər də iş görə bilirəm.
"Millətin vəkili olmaq üçün o nişana ehtiyac yoxdu, əslində"
R.H - Siz hələ millət vəkili deyilsiniz, amma insanlar elə bilirlər ki, millət vəkilisiniz...
- (Gülür) Əsasən də Türkiyədə səhv salırlar. Mən də hər dəfə düzəltmək zorunda qalıram ki, millət vəkili mən yox, mənim həyat yoldaşımdır...
R.H - Bax görürsünüz, insanlar Sizi bir millət vəkili kimi görürlər... Bəs özünüz özünüzü?
- Bir dəfə rəsmi olaraq qeydiyyatdan keçdim, Nəsimi rayonu ərazisində təbliğat da apardım. Və çox sevinirəm ki, bunu etmişəm. Çünki ən başlıcası insanların sevgisini gördüm. Bu, birmənalıdır. Bu günə qədər evində mənim o vaxt hazırlanan afişalarımı saxlayan insanlar var. Bu məni çox xoşbəxt elədi. Millət vəkili çox sanballı, ağır çəkisi olan işdir və millət vəkilinin özünün də nəyin altına girdiyini bilməsi lazımdı. Bəzi adamlar var ki, 5 ildir millət vəkilidir, ancaq hələ millət vəkili olduğunun fərqində deyil...
Mən millət vəkilliyini nədən istəyirdim? Zatən gördüyüm işləri görürəm. Millətin vəkili olmaq üçün o nişana ehtiyac yoxdu, əslində. Ancaq elə kürsülər var ki, orada millət vəkilinin verdiyi səlahiyyətlər daha güclü olur. Orda bir var millət vəkili kimi sözünü deyəsən, bir də var ictimai qurumun rəhbəri kimi. Və bu millət vəkili mandatı bəzi qapıları günlərlə gözləmədən açmağa vadar edir. Mən bunun üçün millət vəkilliyini istəyirdim. Görüşəcəyim adam, tutalım bir senatordursa, bir millət vəkili gəldiyini duyanda 2 saata görüşür, bir ictimai qurumun rəhbərinin gəldiyini duyduqda 2 gün sonra.
A.Y - Tənzilə xanım, həm məmursunuz, həm ictimai, həm siyasi fəaliyyətlə məşğulsunuz. Hansında daha rahatsınız?
- Məmurluğun bir ayrı məsuliyyəti var, orda hər şeyə daha fərqli yanaşmalısan. Amma hər halda ictimai fəaliyyətdə daha rahatam.
A.Y - Bəzən deyirlər ki, hər güclü kişinin arxasında bir güclü qadın dayanır.
- Bəzən deyil, bu hər zaman belədir!
A.Y - Onda mən əksini soruşuram . Doğrudanmı güclü qadının qarşısını bir kişi kəsir?
- İndi nə demək istəyirsiniz? Demək istəyirsiniz ki, Sabir bəy mənim qarşımı kəsib?
A.Y - Bunu Siz konkretləşdirdiniz. Mən ümumən Azərbaycan qadını haqqında demişdim.
- Ola bilsin... Bilirsiniz, Sabir bəy bir-iki gün öncə arxivini qarışdırırdı evdə, mənə deyir ki, 20 il qabaqkı qəzetlərə baxıb dəhşətə gəlirəm ki, nə qədər mənə görə sən təhqir olunmusan, söyülmüsən, əziyyətimi çəkmisən. Bu sözləri elə ağrıyla dedi ki... Ona görə düşünürəm ki, Sabir bəy mənim qarşımda durubsa da, bu məni qorumaq, müdafiə etmək məqsədilə olub. Amma yenə də kişilərin eqoistliyi var, bu, danılmaz faktdır. Mən hər zaman Sabir Rüstəmxanlının kölgəsində qalmağı sevə-sevə qəbul etmişəm.
İ.Ə - Sabir bəyin kölgəsində rahatdı?
- Yox, heç rahat deyil.
İ.Ə - Niyə?
- Qızımız Aydan hələ 11-ci sinifdə oxuyurdu. Hər gün deyirdik: “Bizi biabır eləmə, mütləq universitetə girməlisən”. Sabir bəyin bir sözü vardı. Deyirdi ki, məni bir namərdin qapısına yollasan, sən adda qızım yoxdur mənim. Mən də bir tərəfdən basqı altında saxlamışdım. Bir gün məktəbin direktoru görüb ki, Aydan sinifdə tək qalıb ağlayır. Soruşub ki, nə baş verib. Aydan elə üsyan eləyib, deyib, "Rüstəmxanlı" soyadının ağırlığına çiyinlərim dözmür.
"Önəmli olan Sabir bəyin hər gün evə gələndə sağ-salim gəlməsidir"
A.Y - Tənzilə xanım, Sabir bəyə nələri bağışlamazsınız? Ümumən, Sabir bəyin səhv eləmək, günah eləmək limiti hara qədərdir?
- Vallah, limitsizdi. Deyim niyə... Unutmayın, Sabir Rüstəmxanlı azad ruhlu bir insandır, şairdir, yazardır.
A.Y - Yəni, bu səbəbdən onun hər günahından keçərsiniz?
- Mən onun ən böyük günahlarından keçərəm, amma yenə də vaz keçə bilməyəcəyim xüsusiyyətlər var. Ən böyük məsələlərdən biri türklükdür. Ancaq bunların heç birindən də Sabir Rüstəmxanlının vaz keçməyəcəyini bildiyimdən, qalan o biri məsələlərin hamısını ona halal, halal etmişəm. Azaddır. Önəmli olan Sabir bəyin hər gün evə gələndə sağ-salim gəlməsidir.
A.Y - Sabir bəyə məktub gəlirmi?
- Həm də nə sevgi məktubları... O məktubları mən çap eləyib Sabir bəyin özünə hədiyyə etdim doğum günündə.
A.Y - Oxuyursunuz o məktubları?
- Necə oxumuram?! Hamısınız oxuyuram. Oxuyub ağladığım məktublar olub. Mən o məktubdakı sevgiyə ağlamışam.
A.Y - Heç demisiniz ki, filan məktubu yazan qadın onu məndən daha çox sevir?
- Olub elə şeylər. Onu məndən daha çox sevən qadınların məktublarını oxumuşam. Unutmamaq lazımdır ki, Sabir bəy çox yaraşıqlı və şöhrətin zirvəsini çox gənc yaşlarında yaxalamış biridir. Ona görə onun məktubları ömrünün bir parçasıdır, arxividir və o məktublara sayğıyla, sevgiylə yanaşmaq mənim borcumdur.
A.Y - Tənzilə xanım, mənə Sizin reaksiyanız maraqlıdır. Məsəl üçün, yeməyi gətirib onun önünə sərt şəkildə qoyaraqmı, yoxsa başqa hansı üsulla büruzə verirsiniz ki, “mən bunu bilirəm”?
- Bildiyim çox şey var. Amma sadəcə, gedib başını sığallayıb demişəm ki “dədə eee dədə”. (Gülür)
A.Y – Adət ənənəyə necə baxırsınız?
- Adət-ənənəyə çox ciddi riayət edənlərdən biriyəm. Amma insanı köləyə çevirən bəzi adətlər var ki, heç onu qəbul etməmək lazımdır. Türk millətinə xas olan o ağır başlı adətləri qəbul edirəm.
A.Y - Yardımlıya gedəndə başınızı bağlayırsınız?
- Mənim orda başımı bağladan olmadı. Çünki qayınatam məni necə görmüşdüsə, o cür də qəbul etdi. Çox böyük sayğıyla mənə yanaşdı və heç vaxt “gəlin başını bağlasın” sözünü eşitmədim.
R.H - Tənzilə xanım, hazırda gənc yazar, şairlər var ki, Sabir Rüstəmxanlı, Anar və sair kimi əvvəlki şair, yazarları bəyənmirlər, tənqid edirlər. Hətta tənqidlərinin dərəcəsi artıq, təhqirə keçirlər. Cəmiyyətdə bu cür gənclik yetişir. Sizcə gənclik nə cür yetişməlidir? İnkişaf üçün bu çılğınlıq olmalıdırmı?
- Mən bir neçə dəfə bu məsələlərə münasibət bildirmişəm, amma yanlış anlaşılmışam. Cavanlar özlərini təsdiq etmək üçün özlərindən öncəki nəsli inkar edirlər. İnkar etməkləri qalır bir kənarda, təhqirə keçirlər. Heç təhlil eləmirlər ki, onlar hansı dövrdə yaşayırdılar və o şərtlər onlara nə kimi təsir edə bilirdi. Əslində, elə Sovet dövründə elə nadir əsərlər yaradılıb ki, indi elə əsərlər yoxdu. Mən o şeiri, o əsəri qəbul edirəm ki, insanın ruhunda inqilab edə bilsin. Çox vaxt bu məsələlər haqqında danışanda deyirlər ki, Tənzilə Rüstəmxanlı ədəbiyyatçıdı bəyəm, danışır? Ədəbiyyatdan danışmaq üçün gərək ədəbiyyat diplomu olsun insanların? Özünə ədəbiyyatçı deyən də otursun, mən də, dünya ədəbiyyatından danışaq, görək aramızda nə qədər fərq olacaq. Məsələ burasındadır ki, indiki yazarların tutduğu yol mənim xoşuma gəlmir. Yoxsa, onların arasında istedadlıları da var. Yazsınlar, ancaq hərə öz qələminin sorumluluğunu daşısın.
"İnsanın düşməni də gərək mərd olsun"
İ.T - Siz feministsiniz?
- Qadınları müdafiə edirəm, amma qətiyyən feminist deyiləm.
İ.T - Bəs bu illər ərzində qadınlardanmı, yoxsa kişilərdənmi həm özünüzə qarşı, həm cəmiyyətə qarşı daha çox pislik görmüsünüz?
- Kişilərdən. Amma Allah kimsənin də düşmənini qadın etməsin. Mən heç arzulamazdım ki, düşmənim qadın olsun. Düşmənimin kişi olmağını istəyərəm. Çünki kişilərlə qadınların mübarizə üsulları fərqlidir.
İ.T - Deməli, namərdlik edən kişilər çox olub?
- Vallah, mənim həm qadın, həm də kişi dostlarım var. Onların içində məni özünə dost hesab edən çoxdur, ancaq mənim dost hesab etdiyim ikidən o tərəfə keçmir.
R.H - Sizin dostunuz daha çox qazanır, yoxsa düşməniniz daha çox itirir? Yəni, dost olanda necə dost olursunuz, düşmən olanda necə düşmən olursunuz?
- Belə bir məsəl var də, deyirlər ki, kişi deyəndə xarakter nəzərdə tutulur. Mənim ən həyatda böyük arzum o olub ki, ilahi, mənim düşmənimi kişi elə. Xarakter baxımından yəni. Onda o, ləyaqətli düşmən olur. İnsanın düşməni də gərək mərd olsun. Düşmənimin qəzəbimə gəlməsi isə belədi ki, mən Allaha çox inanıram və zamana buraxmağı da çox sevirəm. Mənə namərdlik eləyə bilərlər, mən də insanam. Amma məni ən çox qəzəbləndirən insan mənim gözümdə artıq tamamən silinmiş olur. Onu həyatımdan çıxarıram, mənim üçün önəmsizləşir, o qədər...
A.Y – Bu təkcə cəmiyyətdəki insanlara aiddir, yoxsa qohum-əqrəbaya da aiddir?
- Qohum-əqrəbaya da aiddir. Qohumlarımız arınmayıb ki... Onlar da bu məsələnin içindədilər.
A.Y- Elə bir adam varmı ki qohumlarınız arasında, onu tamamən silmisiniz?
- Var. Qan qohumlarım yoxdu, amma qohumlarım arasında elələri var ki, onunla bəlkə 20 ildir, görüşmürəm. Mənim insanda qəbul etdiyim və etmədiyim şeylər var. Mənim gözümdə namərdlik ən pis şeydir. İnsanı kürəyindən vurmazlar. Mənim aldığım əxlaq və tərbiyə var - bizdə sırtından vurmaq yoxdu və kimsəyə də rəva görməmişik.
R.H - Dostlarınız düşmənə çevriləndə necə təsir edir bəs?
- Ona görə deyirəm ki, düşmənin də mərdi gözəldi. Əgər insan dost olaraq mərddirsə, o evin içini bilsə də yüz il keçsə, ağzından bir söz çıxarmaz. İnsanı xırda şeylərlə vurmazlar.
İ.T- Tənzilə xanım, elə ev sirləriniz varmı ki, onun düşmən ağzına düşməsindən qorxursunuz, çəkinirsiniz?
- Elə faciəvi bir şey yoxdu. Amma mən evimin sirrini kimsəylə paylaşan və evimə də çox adam buraxan deyiləm.
"Ev mənim olduğu üçün ordakı hər şey mənə aiddir"
İ.T - Mən Sizin ev halınızı təsəvvür etmək istəyirəm. Məsəl üçün evdə yemək bişirirsinizmi?
- Hər halda anayam və iki övladım var. Bunları unutmayın. Və Sabir Rüstəmxanlının həyat yoldaşıyam. Mən mətbəximi çox sevirəm. Həyat yoldaşıma, övladlarıma əlimlə qulluq eləyəndə bundan ləzzət alıram. Eyni zamanda iş görməyi, təmizliyi çox sevirəm. Ev mənim olduğu üçün ordakı hər şey mənə aiddir.
A.Y - İlhamın dediyini qəribçiliyə salmayaq. Çünki Azərbaycanda qadınlarımız, xüsusilə tanınanda, ictimai fəaliyyətlə məşğul olanda mütləq evlərində qulluqçu tuturlar. O baxımdan soruşuruq.
- Birincisi, Sabir bəy qəbul eləməz bunu.
A.Y – Yəni sizin bişirdiyinizdən başqa yemək yeyə bilmir?
- Sabir bəy ümumən yeməyi çox sevir. Amma mən də çox ləzzətli yemək bişirirəm. Kim bişirsə, Sabir bəy ona bir qulp qoyur, amma mən adicə bir şorba bişirəndə onu pəh-pəhlə yeyir. “Anam da beləydi,o da adicə bir şorba bişirəndə ləzzətli olurdu” deyir. Əslində, mənim özüm də çox məşğul insanam. Amma imkan varsa, bunu edə bilirəmsə, niyə də etməyim? Mən həftədə bir günümü ayırıram evi tamamən təmizləyirəm. Ancaq yeganə əlimdən gəlməyən iş ütü işidi.
A.Y – Sabir bəy evdə tez-tez yemək yeyir?
- Sabir bəy səhər qəhvaltısını mütləq evdə eləyir. Axşam bir məclisdən gələndə belə, istəyir gecə saat 3 olsa da, bir də görürəm ki, qazanların ağzı taqqıldayır. Mütləq evdə bişəndən də bir şey yeməlidir.
A.Y – Deyək ki, Sabir bəy evə gec gəlir. Mütləq Siz onu o vaxta qədər gözləyirsiz, yoxsa yatırsınız?
- Mütləq gözləyirəm. Əslində, bu sualı Sabir bəydən soruşmalısız. O, təsdiqləyər necə gecə yarısına qədər onu gözlədiyimi.
A.Y – Heç o vaxta qədər içinizdən keçmirmi ki, zəng eləyim, görüm hardadı filan?
- Zəng vurduğum anlar olur. Amma mən gün ərzində Sabir bəyə çox az zəng vururam. Elə bir hadisə olmalıdır ki, Sabir bəyə zəng vurum, rahatsız edim. Ancaq gecə istəyir 5-də gəlsin, heç vaxt qapını açanda demirəm “hardasan”. Çünki anam bunu mənə qadağan eləyib. Deyirdi ki, heç vaxt hardasan deyə soruşma, yoldaşın evə gələndə gülərüzlə qarşıla, de ki, yaxşı ki, sağ-salamat gəlmisən.
İ.T – Mən hiss edirəm ki, Sabir bəydən danışanda vəcdə gəlirsiz. Bəs Sabir Rüstəmxanlının hansısa bir hərəkətinə görə vəcddən, qürurdan gözünüz dolub?
- Sabir bəyin 50 illiyi keçirilirdi. Sumqayıt Teatrı bir tamaşa hazırlanmışdı. Orda “Ömür kitabı”ndan Zərdüşt ata bölümündən və Cavadxandan çox gözəl parçalar seçmişdilər. Təsəvvür edin, mən tamaşanı dinlədikcə necə qürurlanıramsa... Əsas da Cavadxanın dua etdiyi səhnədə. Yoldaşım olduğu üçün demirəm, Sabir bəy çox böyük adamdı. Qələminin üstündə çox az adam iddia edə bilər. O qədər təpədən dırnağa millidir ki... (Yanılmamışam Tənzilə xanım indi də vəcdə gəldi və gözləri doldu - İ.T.)
Bu tamaşanı izlədikcə mən elə ağlayıram ki... Gözümdə Sabir bəy bir Zərdüşt atadı. Birdən Sabir bəy əlində köynəyi girdi içəri, dedi ki, “mən dünən deməmişdim ki, bu düyməni tik. Sən nə zaman arvad olacaqsan?” Dedim, Sabir bəy noolar, lütfən, gözümdə bu dəqiqə Zərdüşt atasan, ordan enmə (Gülür).
A.Y - Sabir bəyin Sizə yazdığı bəlkə də tək şeir var. Doğum gününüz üçün yazdığı şeir. Ona qədər Sabir bəy xeyli qıza şeir yazıb, kitabında da var. Bu şeirə görə onları bağışladınızmı?
- Mən çox-çox minnətdaram Sabir bəyə ən gözəl şeirlər yazdıran insanlara. Çünki onlar olmasaydı, o şeirlər yazılmazdı. Mənim Sabir bəydən xüsusi iddiam olmayıb heç vaxt. Amma dediyiniz şeir doğum günümdə mənə ən gözəl hədiyyə olmuşdu.
A.Y - Sizi aldatmaq asandı?
- Yox, heç asan deyil. Mən insanın gözlərindən bilirəm. Uşaqlarım da yalan danışanda bilirəm ki, yalan danışır.
"3 yaşında körpə qızını gətiriblər, əlimə sarılıb ki, “atamı mənə bağışla”
İ.T – Tənzilə xanım, nahaq ittihamlara tuş gələndə nə edirsiniz?
- Bilirsiniz, çox üzülərək deyim ki, cəmiyyətimizi və mətbuatı heç belə görmək istəməzdim. Çox qəddarcasına, zalımcasına iftira atırlar. Bunlar ağır bir şeylərdir. Mənim də fikir vermədiyim çox şeylər olub, amma elə şeylər var ki, onunla bir yerə qədər getmək olar. Düşmənçiliyin də bir sərhədi olar. Ancaq sən mənim evdəki körpəmin canını yandıracaq dərəcədə iftira atırsansa, bunun mütləq bir cəzası olur. Məsələn, mən övladım Cəmili evləndirdim. Saytların birində oxudum ki, yazıblar “Allah heç xoşbəxt eləməsin”. Bunu deyəcək qədər əxlaqımız pozulub. Mən onu oxuyanda dedim ki, mənim uğrunda qürurla mübarizə apardığım millətim budur? Amma əlbəttə, o mənim millətim deyil, onlar mənim millətimin adına çirkab yaradan bir qrupdu. Cəmi bircə dəfə məhkəməyə müraciət etmişəm, o da sonuna qədər getmişəm. 3 yaşında körpə qızını gətiriblər, əlimə sarılıb ki, “atamı mənə bağışla”. Mənim kimi ana o uşağın göz yaşlarına baxmadım. Çünki mən əslində, cəmiyyətimizə yaxşılıq elədim. Ad çəkmək istəmirəm, amma Azərbaycan cəmiyyəti o adamdan nələr çəkirdi, mən bilirəm. Mənim millətimin qadınına o qədər iftiralar, ləkələr atmışdı ki, cəzasını bulmalıydı. Onun üçün sonuna qədər getdim. Ondan başqa heç məhkəmə çəkişmələrində iştirak etməmişəm.
İ.Ə - Neçə ildir ki, Sabir bəylə bir yerdəsiniz?
- Biz bir ömürdür bir yerdəyik.
İ.Ə - İnsan neçə ömür yaşayır?
- Mənə elə gəlir ki, o dünyada da, bu dünyada da yaşadıqlarımı bir qələmlə silmişəm. Mənim ömrüm onunla yaşadığım ömürdü.
İ.Ə – Siz olmasaydınız Sabir bəy harda olardı?
- Hər halda Sabir Rüstəmxanlını mən yaratmamışam. Sabir bəylə başladınız, Sabir bəylə bitirdiniz. Sabir bəydən kənara çıxa bilmədiniz... (Gülür). Səmimi deyim ki, maraqlı oldu mənim üçün. İlham bəy əvvəldən dedi ki, məni gülən halda təsəvvür eləmir. Ancaq mən sevdiyim, hörmət elədiyim insanlarla birgə olanda sevinirəm. Siz mənə ruhən çox yaxın insanlarsınız. İlham Tumas qələminə çox hörmət etdiyim biridir. Anarı, Ramalı oğullarım kimi bilirəm. İlqar bəy hörmət elədiyim insanlardandır. Bu gün sizin bu tərkibdə olmanız mənim üzümü güldürdü...

5356