Yarım saata qan şəkərinin səviyyəsini  azaldır - Unikal məhsul  AÇIQLANDI
22 iyun 2024 10:39 (UTC +04:00)

Yarım saata qan şəkərinin səviyyəsini azaldır - Unikal məhsul AÇIQLANDI

Bu məhsul həm də immunitet sistemini gücləndirməyə kömək edir.

Dünyada diabetli insanların sayı sürətlə artır, bunun əsas səbəbi piylənmə ilə sıx bağlıdır. Tibb təşkilatları qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edən məhsulların siyahılarını tərtib edir və onların arasında ən təsirlisi jenşendir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, jenşen müxtəlif formalarda istehlak edilə bilər və yalnız yarım saat ərzində qan şəkərinin səviyyəsini aşağı sala bilər.

Araşdırma, qlikemiyası pozulmuş bir qrup könüllünün Koreya qırmızı jenşenindən istifadə etməsindən 30 dəqiqə sonra qan qlükozasında əhəmiyyətli bir azalma olduğunu göstərib.

Bu araşdırma həm Asiya, həm də Amerika jenşeninin 2-ci tip diabetli insanlarda qan qlükoza səviyyəsini aşağı salmağa kömək etdiyini təsdiqləyən çoxlu araşdırmalardan yalnız biridir.

Bəzi tədqiqatlar həmçinin göstərir ki, jenşen istehlakı bədəndə triqliseridləri, ümumi xolesterolu və aşağı sıxlıqlı lipoprotein səviyyələrini yaxşılaşdırır.

Tərkibindəki yüksək antioksidant sayəsində jenşen qanda şəkərin səviyyəsini aşağı salmaqla yanaşı, immunitet sistemini də gücləndirir. Bundan əlavə, jenşen fiziki və zehni performansı yaxşılaşdırmağa kömək edir, yorğunluğu və stressi azaldır, həmçinin iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674
avatar

Oxşar yazılar