Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu şaxtalı və küləkli havalarda insanlar özlərini travmalardan necə qoruması ilə bağlıdır.
Şaxtalı və küləkli havalarda insanlar özlərini travmalardan qorumaq üçün nə etməlidilər?
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq-ortoped Kamil Eyvazov sualı cavablandırıb.
Onun sözlərinə görə, buzlu və sürüşkən səthlərdə öncə dabanını yerə basaraq gəzmək lazımdır:
"Şaxtalı və küləkli havalarda riskli insanlar mümkün qədər çölə çıxmamalı, açıq havada digər şəxslərdən dəstək almalı, əsa istifadə etməli və rahat ayaqqabı və üst geyimlərindən istifadə etməlidir. Buzlu və sürüşkən səthlərdə öncə dabanını yerə basaraq ehtiyatla yavaş yeriməli, əllərində yük olmamasına çalışılmalıdır.