"Qara kif" sürətlə yayılır
23 may 2021 14:42 (UTC +04:00)

"Qara kif" sürətlə yayılır

Hindistanda "qara kif" adı ilə tanınan göbələk xəstəliyinə artıq 8.800-dən çox yoluxma qeydə alınıb.

APA bildirir ki, bu barədə ölkənin kimyəvi sənaye naziri Sadananda Govda bildirib.

O deyib ki, müxtəlif əyalətlərdə artan yoluxma hadisələrinin ətraflı analizindən sonra, bu gün bütün bölgələrə cəmi 23.680 flakon Amfoterisin-B (göbələk əleyhinə vasitə) paylanılıb:

“Bu təyinat ümumilikdə 8848 nəfər olan ümumi xəstələrin sayına əsasən aparılıb”.

Nazir bu xəstəlikdən ən çox Gudjarat əyalətinin əziyyət çəkdiyini qeyd edib: “Orada 2281 yoluxma halı qeydə alınıb”.

Qeyd edək ki, ölkənin Maharashtra, Andhra Pradesh və Telangana əyalətlərində xəstələr müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9078
avatar

Oxşar yazılar