Peyğəmbərin göz yaşından  yaranmış bənövşənin  şəfalı xüsusiyyətləri
11 iyun 2024 18:22 (UTC +04:00)

Peyğəmbərin göz yaşından yaranmış bənövşənin şəfalı xüsusiyyətləri

Əfsanəyə görə, bənövşə böyük tufandan sonra Nuh peyğəmbərin göz yaşlarından yaranıb. Ona görə utancaqdır, kövrəkdir, boynu bükükdür. Bu zərif çiçək əslində böyük şəfaverici xüsusiyyətə malikdir. 

Lent.az “Şəfalı bitkilər” rubrikasında bənövşə bitkisi haqqında məlumat verir.

Şəhər bağlarında yetişdirilən bənövşə növünün adı dəvərəgöz bənövşədir. Dəvərəgöz bənövşə haqqında çoxlu əfsanələr danışılır. Qədim Poma mifalogiyasında bənövşə heyrətin, sevginin, sevgiyə sadiqliyin rəmzi hesab edilir.

Qədim rus əfsanələrində bu çiçəyi soyuqqanlılıqla öldürülmüş Anyutanın gözlərinə də bənzədirlər.

Başqa bir əfsanədə isə sevgilisindən zorla ayrı salınan qızın həsrətdən ölməsi və onun qəbrinin üstündə bu bənövşələrdən bitməsi barədə bəhs edilir.

Bir çox ölkələrdə dəvərəgöz bənöbşə ilə bağlı müxtəlif adətlər var. Məsələn, İngiltərədə sevgililər günündə bir-birlərinə bənövşə verirlər. Polşada qızlar öz nişanlıları və ya ərləri ilə uzun müddət həsrətdən sonra görüşdükdə onlara bənövşə verirlərmiş. 

Bənövşənin tərkibi müxtəlif  kimyəvi maddələrlə zəngindir. Onun tərkibində insulin, askorbin turşusu, salisil turşusu, C vitamini, efir yağları, tanin, alkoloid turşusu, violaementin, polisaxaridlər var. Bu bitki orqanizmə ödqovucu, disikqovucu, antiseptik təsir göstərir.

Soyuqdəymə, qrip, zökəm zamanı qızdırmanı salır, bədəndəki ağrıları və baş ağrılarını aradan qaldırır. Antibakterial və bəlğəmgətirici təsirləri bənövşə otunu bronxitlər, astma, quru və bəlğəmli öskürəklərdə faydalı edir. Həmin xəstəliklərdə daha çox otun ballı suda dəmləməsindən istifadə olunur. Bənövşə otunun sidikqovucu təsiri elmə məlumdur.

Bənövşə çiçəyini yığıb qurutduqdan sonra spirtlə onun qarışığından hazırlanan cövhərdən soyuqdəymə və sətəlcəmə qarşı istifadə olunur. Çiçəyindən çəkilən yağdan bir-iki damcı südün içinə qatıb uşağa verəndə körpəyə rahat yuxu gətirir.

Dəri yaraları, ekzemalar və çibanın müalicəsində bənövşə otu çox faydalıdır. Saçları tökülənlər və baş dərisində kəpəklənmə problemi olanlar bənövşə otunu həm içə, həm də dəmləməsi ilə saçlarını yaxalaya bilərlər. Hər yumada təkrarlayanda saçlar canlanır, parlaqlığı artır və daha tez uzanır.

Xalq təbibləri bənövşəni ən çox göyöskürəkdə boğulma tutmalarını azaltmaq üçün istifadə edirlər. 2 xörək qaşığı bənövşə otu 3 stəkan qaynar suda dəmlənir, alınan dəmləmə 3 hissəyə bölünərək gün ərzində içilir.

Dəri xəstəlikləri zamanı bənövşə yağını dəriyə sürtmək xəstəliyin sağalmasına səbəb olur. Bənövşə yağını özünüz də ev şəraitində hazırlaya bilərsinixz. Bunun üçün 2 xörək qaşığı qurudulmuş bənövşə çiçəklərini və əməklöməci yarpaqlarını qaba qoyub üzərinə 150 ml zeytun yağı əlavə etmək lazımdır. Qarışığı 15 dəqiqə qaynadıb soyuduqdan sonra şüşə qabda soyuducuda saxlamaq lazımdır. Dəri xəstəlikləri zamanı salfetkanı bu yağda isladıb xəstə nahiyəyə qoyduqda əlamətlər aradan qalxır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5079
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar