Ölüm riskini  50 faizə qədər artıran qidalar
27 may 2023 17:16 (UTC +04:00)

Ölüm riskini 50 faizə qədər artıran qidalar

Mütəxəssislər ölüm riskini 50 faiz artıran qida növünü açıqlayıblar.

Lent.az xəbər verir ki, restoran yeməklərinin müntəzəm yeyilməsi ölüm riskini 50 faiz artıra bilər.

Bu barədə Qidalanma və Dietetika Akademiyasının jurnalı məlumat yayıb.

Alimlər 1999-2014-cü illər arasında yaşı 20 və yuxarı olan 35 min 84 nəfər arasında sorğu keçirib. Respondentlər yemək vərdişlərini, o cümlədən iaşə müəssisələrində hazırlanan yeməkləri nə qədər tez-tez yediklərini qeyd ediblər.

Araşdırma zamanı 2781 ölüm, o cümlədən ürək-damar xəstəliklərindən 511, xərçəngdən 638 ölüm qeydə alınıb.

Mütəxəssislər iştirakçılar arasında yaş, cins, etnik mənsubiyyət, sosial-iqtisadi vəziyyət, qidalanma faktorları, həyat tərzi, bədən kütləsi indeksi və ölüm riski nisbətini müəyyən ediblər. Məlum olub ki, restoranlarda tez-tez (gündə 2+ dəfə) yemək yeyən insanların ölüm riski nadir hallarda restoran yeməklərinə müraciət edənlərə nisbətən 50 faiz daha yüksəkdir.

Birinci kateqoriyada ürək-damar xəstəliklərindən ölmə ehtimalı 18 faiz, xərçəngdən isə 67 faiz yüksək olub. Alimlər belə qənaətə gəliblər ki, evdən kənarda hazırlanan yemək bütün səbəblərdən ölüm riskinin artması ilə əlaqələndirilir. Bununla belə, bu fenomenin dəqiq səbəblərini müəyyən etmək üçün mütəxəssislər əlavə araşdırmalar aparmaq niyyətindədirlər.

# 2526
avatar

Sevinc Fərid

Oxşar yazılar